NK Mariborda şok ayrılıq
Türkiyənin tanınmış simalarından olan Acun Ilıcalının sahib olduğu NK Maribor futbol klubunda gözlənilməz bir hadisə baş verib. İyulun 1-də komandanın baş məşqçisi vəzifəsinə təyin edilən Tuğberk Tanrıvermiş, cəmi 1.5 ay sonra vəzifəsindən azad edilib.
Tuğberk Tanrıvermişdən sərt ittihamlar
35 yaşlı məşqçi Tuğberk Tanrıvermiş sosial media hesabından bu qərarı sərt şəkildə tənqid edib. O, paylaşımında rəhbərliyin qərarını ədalətsiz adlandırıb.
"Dəstək verilmədiyi halda mübarizə apardıq"
Tanrıvermiş, "Maribordakı vəzifəmin sona çatması ilə əlaqədar olaraq, canla-başla çalışan oyunçularıma, texniki heyətimə və klub işçilərinə təşəkkürümü bildirirəm. Mariborun tarixi və böyüklüyü mənim bu vəzifəni qəbul etməyimdə yeganə səbəb idi" deyə bildirib.
O, əlavə edib ki, lazımi dəstək verilmədiyi halda belə oyunçuları ilə birlikdə mübarizə aparıblar. "Buna baxmayaraq, hələ beşinci həftədə, səfərdə qələbə qazanmağımıza və öz meydanımızda heç-heçə etməyimizə baxmayaraq, vəzifədən azad edilməyim gözlənilməz bir son oldu. Liqada yalnız bir dəfə məğlub olmağımıza rəğmən, bu ədalətsiz qərar futbolun ruhuna ziddir" deyə məşqçi qeyd edib.
Gələcəyə ümid mesajı
Tuğberk Tanrıvermiş sonda, bu prosesin Maribor kimi böyük bir klubun gələcəkdə öz dəyərlərinə layiq, daha güclü və davamlı bir quruluşa sahib olması üçün bir fürsət olacağına ümid etdiyini bildirib.
Oxucu Şərhləri
Şərh Yaz