İsveçin NATO üzvlüyü prosesi, yalnız seçilmiş nümayəndə heyətinin iştirak etdiyi məxfi danışıqlarla irəliləmişdi. Türkiyə ilə aparılan bu kritik müzakirələrin təfərrüatları təxminən bir il müddətində ictimaiyyətdən gizli saxlanılırdı. Lakin bu həssas proses, bir hava limanı tualetində tapılan sənədlə bir anda kölgələndi.
KRİTİK SƏNƏD TƏMİZLİK İŞÇİSİ TƏRƏFİNDƏN TAPILDI
İsveçin aparıcı qəzetlərindən "Dagens Nyheter"in xəbərinə görə, Baş nazir Kristerssonun Türkiyə səfərindən qayıdan bir hökumət əməkdaşı Arlanda Hava Limanında rəsmi bir sənədi unutmuşdu. Sənəd, terminaldakı tualetdə bir təmizlik işçisi tərəfindən tapıldı. İçində diplomatik qeydlər və nitq mətnləri olduğu iddia edilən sənədlər İsveçdə böyük mübahisələrə səbəb oldu.
HADİSƏ RƏSMİLƏR TƏRƏFİNDƏN TƏSDİQLƏNDİ
Baş Nazirliyin Mətbuat Xidməti hadisəni təsdiqləyərək belə bir açıqlama verdi: “Baş nazirin Türkiyə səfərindən sonra bir əməkdaşımız Arlanda Hava Limanında bir sənəd unutdu. Sənəd hava limanı heyəti tərəfindən tapıldı. İçindəkilərin təhlükəsizlik təsnifatına aid olmadığı qənaətinə gəlinib, buna görə də hadisə Təhlükəsizlik Polisinə bildirilməyib və heç bir zərər təhlili aparılmayıb.”
TAKSİ ƏVƏZİNƏ AVTOBUSA MİNDİRİLDİ: TƏHLÜKƏSİZLİK PROTOKOLLARI SUAL ALTINDA
Qəzetin mənbələrinə görə, sənəddə xarici işlər nazirliyinin məxfiliyi çərçivəsinə daxil olan bəzi məlumatlar mövcud idi, lakin həssas kəşfiyyat məlumatları yox idi. Buna baxmayaraq, belə əhəmiyyətli bir sənədin tualetdə unudulması hökumətin təhlükəsizlik protokollarına dair ciddi suallar yaratdı. Hadisənin, əməkdaşın taksi əvəzinə ictimai nəqliyyatdan istifadə etməyə məcbur edilməsi səbəbindən yaşandığı iddiaları da müzakirələri qızışdırdı.
VƏZİFƏLİ ŞƏXS MƏHKƏMƏYƏ SEVK EDİLDİ
Qalmaqalın kölgəsində başqa bir diqqətçəkən detal ortaya çıxdı. Kristerssonun Türkiyə səfərindən qısa müddət sonra milli təhlükəsizlik müşaviri təyin olunan Henrik Landerholm, vəzifəsinin ilk altı ayında üç ayrı təhlükəsizlik protokolları pozuntusuna yol vermişdi. Telefon, qeyd dəftəri və sənədləri unudan Landerholm, məxfi sənədlərə laqeyd yanaşdığı üçün məhkəməyə verilib. Bu vəziyyət, İsveç hökumətinin təhlükəsizlik siyasətlərinə yönəlmiş tənqidləri daha da gücləndirdi.
NATO ÜZVLÜYÜ VƏ GİZLİ SƏNƏDLƏRİN TƏHLÜKƏSİZLİYİ
NATO üzvlüyü kimi kritik bir prosesdə baş verən bu hadisə, İsveçdə həm ictimaiyyəti, həm də medianı ayağa qaldırdı. Hökumətin məlumat təhlükəsizliyi sahəsindəki zəiflikləri sorgulanarkən, “Türkiyə ilə aparılan gizli danışıqlar həqiqətən təhlükəsizlik protokollarına uyğun qorunurdumu?” sualı hələ də cavabını gözləyir.
Oxucu Şərhləri
Şərh Yaz