Şou 29.01.2026

Afra Saraçoğlu Kenan İmirzalıoğlu ilə öpüşməkdən imtina etdi iddiaları

Afra Saraçoğlu Kenan İmirzalıoğlu ilə öpüşməkdən imtina etdi iddiaları

Afra Saraçoğlu Kenan İmirzalıoğlu ilə - ATV kanalında yayımlanan, Kenan İmirzalıoğlu və Afra Saraçoğlunun baş rollarda ifası ilə çəkilən "A.B.İ." serialı, çəkiliş meydançasının arxasında baş verənlərlə gündəmə gəlib.

Serialın qadın baş rol aktrisası Afra Saraçoğlunun ssenaridəki öpüşmə səhnəsini rədd etdiyi iddia edilib.

Yayımladığı xoşagəlməz xəbərlərə görə "sənət dünyasının fəlakət carçısı" kimi tanınan səs sənətçisi Onur Akay, sosial şəbəkə vasitəsilə etdiyi açıqlamada bunları bildirib:

"Türkiyədə ilk dəfə Türkan Şoraydan sonra Afra Saraçoğlu ssenaridə yazılan öpüşmə səhnəsindən imtina edib."

"Serial hələ başlamadan gündəmə gəlmişdi. Yaş fərqi mübahisə edilmişdi, sosial şəbəkə ayağa qalxmışdı. Amma işin bir də pərdəarxası var…"

"Yeni nəsil aktyorlar artıq yalnız rol seçmir, səhnə sərhədlərini də özləri müəyyən edir."

"Əvvəllər danışılmayan mövzular indi açıq şəkildə müzakirə olunur. Ekrandakı hekayədən çox, pərdəarxası danışılır."

Belə görünür ki, "A.B.İ." serialı ssenarisindən əvvəl kulis söhbətləri ilə müzakirə olunacaq.

YAŞ FƏRQİ ÇOX MÜZAKİRƏ EDİLMİŞDİ

Serial layihəsi ilk dəfə elan edildikdə, 28 yaşlı Afra Saraçoğlu ilə 51 yaşlı Kenan İmirzalıoğlu arasındakı yaş fərqi sosial şəbəkədə geniş müzakirələrə səbəb olmuşdu.

Çox danışılan yaş fərqi ilə bağlı Saraçoğlu, "Personajın yaşına uyğundur, bizimlə bağlı bir şey yoxdur" demişdi.

Qeyd edək ki, bu xəbər önəmli bir mövzudur. Bizi izləməyə davam edin.Fikirlərinizi bölüşün!

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz