Avropa İttifaqı, pandemiya dövründə Pfizer ilə imzaladığı 35 milyard avroluq nəhəng
aşı razılaşmasının pərdəarxası hadisələri ilə yenidən gündəmdədir.
Gizlənən Mesajlar və İtirilən Etimad
Yeni sənədlər
Avropa Komissiyasının sədri Ursula von der Leyenin Pfizer-in baş icraçı direktoru Albert Bourla ilə birbaşa mesajlaşaraq danışıqlar apardığını, lakin bu mesajların hazırda tapılmadığını üzə çıxarıb. Politico-nun xəbərinə görə, sözügedən yazışmalar 2021-ci ilin yayında von der Leyenin kabinet rəhbəri tərəfindən aşkar edilsə də, "lazımsız" hesab edilərək arxivləşdirilməyib. Bu, Avropa İttifaqı tarixindəki ən böyük
aşı razılaşmasının heç bir rəsmi qeydə alınmadan yalnız şəxsi mesajlarla idarə olunduğuna dair ciddi şübhələr yaradır.
Telefon Dəyişikliyi və Şübhələr
Daha da diqqətçəkən məqam odur ki, von der Leyenin o dövrdə istifadə etdiyi mobil telefon bir neçə dəfə dəyişdirilib. Üstəlik, bu dəyişikliklərdən sonra mesajların olduğu məlumatların yeni cihazlara köçürülmədiyi bildirilir. Bu, təsadüf, yoxsa bəzi məlumatların qəsdən silinməsi cəhdi olaraq qiymətləndirilir. Məsələ ilə bağlı suallar cavabsız qalır.
Rəsmi Sənəd Statusu Mübahisəsi
Jurnalistlər pandemiya zamanı bu mesajlara çıxış üçün Məlumat Əldə Etmə Haqqı çərçivəsində müraciət etmişdilər. Lakin
Avropa Komissiyası bu yazışmaları "rəsmi sənəd" saymayaraq ictimaiyyətlə paylaşmaqdan imtina edib. Avropa İttifaqının Ümumi Məhkəməsi bu mövqeyi "yanlış" hesab etsə də, Komissiya apellyasiyaya getməməyi üstün tutub. Bu qərar, "O mesajların tərkibində nə var idi ki, bu qədər gizlədilir?" sualını gündəmə gətirib.
Şəffaflıq prinsiplərini müdafiə edənlər bu vəziyyətə sərt reaksiya veriblər.
35 Milyard Avroluq Sirli Saziş
Avropa Hesablama Palatası bu
aşı razılaşmasını "Komissiyanın pandemiya dövründə imzaladığı ən böyük müqavilə" kimi xarakterizə edir. Razılaşmanın ümumi dəyəri tam 35 milyard avrodur. Bu qədər böyük bir müqavilənin həqiqətən yalnız bir neçə mesaj vasitəsilə bağlanması ictimaiyyətdə ciddi suallar doğurur.
İctimaiyyətdə Artan Şübhələr
Hadisələr xüsusilə şəffaflıq müdafiəçiləri və peyvənd əleyhdarlarının etirazlarına səbəb olub. Fəallar baş verənlərin yalnız silinmiş bir neçə mesajdan ibarət olmadığını, əksinə,
Avropa Komissiyasının xalqdan gizlətdiyi daha böyük bir tablonun mövcud olduğunu iddia edirlər. "Məsələ təkcə itirilmiş mesajlar deyil, bu, silinən etimadın özüdür," – deyə şərhlər verilir.
Avropanın Sükutu
Ursula von der Leyen iyulun əvvəlində Rumıniyalı sağçı millət vəkili Gheorghe Piperea tərəfindən başlatılan etimadsızlıq səsverməsindən cüzi fərqlə qurtulsa da, yaşananlar ictimaiyyətdəki şübhələri aradan qaldırmaq yerinə daha da dərinləşdirib.
Avropa Komissiyasının rəsmiləri isə hələ də susqundur və "Mesajları heç görmədik, eşitmədik" mövqeyində israr edirlər.
Gəlinən nöqtədə yalnız bir məsələ müzakirə olunur: Nə danışıldı? Niyə gizlədildi? Kimin nəyi gizlədəcək qədər çox şeyi vardı? Avropa ictimaiyyəti bu sualların cavabını gözləyir. Lakin görünən odur ki, cavablar ya çox dərinlərdədir, ya da çoxdan silinib.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz