Şou 18.08.2025

Aleyna Dalveren 5 kilo qızılına qovuşdu

Aleyna Dalveren 5 kilo qızılına qovuşdu

Şou Aləmində Yeni Boşanma Xəbəri

Sosial media fenomeni Aleyna Dalveren və iş adamı Fatih Erdemin evliliyi sona çatıb. Cütlük keçən ilin aprel ayında Dubayda evlənmiş, daha sonra İstanbulda möhtəşəm toy mərasimi keçirmişdi. Həmin toyda gəlinə ümumilikdə 5 kiloqram qızıl taxılmış, məşhur sənətçi İbrahim Tatlısesin səhnəyə çıxması isə toyu uzun müddət gündəmdə saxlamışdı. Aleyna Dalveren sosial media hesabından ərinin soyadını sildikdən sonra evlilikdə böhran yaşandığı ortaya çıxmışdı. Fenomen, sonuncu paylaşımında isə rəsmi boşanma xəbərini elan etdi.

Məşhur Cütlüyün Ayrılıq Açıqlamaları

Yayımladığı videoda Aleyna Dalveren bu sözləri dilə gətirdi: "Hüquqi prosesə başlamışam. Heç kim ayrılmaq üçün evlənməz. İstəyirəm ki, hər şey sivil şəkildə bitsin, amma canım çox ağrıyır. Səbir edirəm, susuram, özümə yaraşanı etməyə çalışıram. Lakin anlayacağınız dil budursa; o şəkildə də danışa bilərəm. Mənə aid olan əşyalar var. Onları gözləyirəm. Məsələn, qızıl söhbəti. Boyunbağı, əlcək; hamısını özüm almışam." Fatih Erdemin nəzarətində olan zinət əşyalarına qovuşan Aleyna Dalveren hisslərini belə ifadə etdi: "Yıxılmadım. Sadəcə bir az yoruldum, amma dincəldikdən sonra yenidən parlayacağam." Dalverenin ruhan nə zaman parlayacağı bəlli olmasa da, qızılları ilə sosial mediada xeyli parladı. Şou aləmi bu ayrılığı müzakirə etməyə davam edir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz