Fənərbaxçanın transfer sürprizi: Brahim Diaz
Yeni mövsümə hazırlıq üçün transfer çalışmalarına başlayan Fənərbaxça, Milan Skriniar və Nelson Semedodan sonra səs-küylü bir transfer iddiası ilə gündəmə gəlib. Məlumata görə, sarı-lacivərdli klub Real Madridin ulduz futbolçusu Brahim Diazı heyətinə qatmaq istəyir.
Qalatasarayın Viktor Osimhen və Sane transferlərinə cavab olaraq dünyaca məşhur bir ulduzla müqavilə imzalamaq istəyən Fənərbaxçada azarkeşləri ən çox həyəcanlandıran ad Brahim Diaz olub.
KOC01 təyyarəsi İbisaya endi, Diaz orada istirahət edir
Başkan Ali Koçun transferləri İstanbula daşıyan xüsusi təyyarələrindən biri olan KOC01-i izləyən sarı-lacivərdli azarkeşlər maraqlı bir detal aşkarlayıblar.
Təyyarənin İspaniyanın məşhur istirahət bölgəsi olan İbisaya doğru hərəkət etdiyi və daha sonra orada endiyi məlum olub.
Real Madridin ulduzu Brahim Diazın da sosial media hesablarından etdiyi paylaşımda İbisada olduğu ortaya çıxınca azarkeşləri mümkün bir transfer görüşməsi ehtimalı ilə həyəcan bürüyüb. Bundan əlavə, Asensio və Rodryqo da İbisada istirahət edən digər ulduz oyunçulardır.
Təyyarənin hansı səbəblə İbisaya endiyi hələlik dəqiq deyil, lakin Diazı gözləyən sarı-lacivərdli azarkeşlər bu ehtimal üzərindəki hər ssenarini diqqətlə izləyirlər.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz