Dünya 25.İyul.2026

Almaniyada 17 il dərs demədən maaş alan müəllimlə bağlı qalmaqal

🎧 Məqaləni dinlə: Bu yazı üçün səsli versiya hələ hazırlanmayıb.
Almaniyada 17 il dərs demədən maaş alan müəllimlə bağlı qalmaqal

Almaniyada 17 il dərsə gəlmədən maaş alan müəllimlə bağlı qalmaqal

Almaniyanın təhsil sistemində misli görünməmiş bir fırıldaqçılıq hadisəsi aşkarlanıb. 62 yaşlı müəllim düz 17 il ərzində bir dəfə də olsun dərsə çıxmadan dövlətdən tam əməkhaqqı almağa müvəffəq olub.

Həmin şəxs psixoloji problemlərini bəhanə gətirərək mütəmadi şəkildə tibbi arayışlar təqdim edib. Bu illər ərzində o, evində oturaraq dövlət büdcəsindən müəllimlik maaşını mənimsəməyə davam edib.

Məlumata görə, müəllimin yaşı 62-yə çatdığı üçün təqaüdə göndərilməsi qərara alınıb. Lakin bu qərardan narazı qalan şəxs məhkəməyə müraciət edərək işinə davam etmək tələbini irəli sürüb.

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, müəllim uzun illər işə çıxmadığı halda, alternativ tibb sahəsində çalışıb və digər kommersiya işləri ilə məşğul olub. Bu fakt ictimaiyyətdə ciddi qəzəb və geniş müzakirələrə yol açıb.

Hadisə ilə bağlı təhqiqat davam edir. Almaniya rəsmiləri bu cür boşluqların qarşısını almaq məqsədilə tibbi arayış sistemində ciddi nəzarət mexanizmlərinin tətbiq ediləcəyini bəyan ediblər.

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz