İdman 13.07.2025

Altay Bayındır taleyüklü düşərgədə

Altay Bayındır taleyüklü düşərgədə

Onana'nın zədəsi Altay Bayındır üçün fürsət yaratdı

Yeni mövsümə hazırlıqlarını davam etdirən Manchester United klubunda xoşagəlməz hadisə baş verib. Komandanın əsas qapıçısı Andre Onana məşq zamanı bud arxa əzələsindən zədələnərək 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu vəziyyət, "Qırmızı Şeytanlar"ın heyətində ikinci qapıçı olan Altay Bayındır üçün gözlənilməz bir fürsət yaradıb. Milli qapıçı komandanın əsas qapıçısı mövqeyini ələ keçirmək üçün əlinə düşən bu şansı dəyərləndirməyə çalışacaq. Andre Onananın Manchester United-in ABŞ təlim-məşq düşərgəsinə aparılması planlaşdırılsa da, onun hazırlıq matçlarında iştirakı gözlənilmir.

ABŞ kampında taleyi həll olunacaq

İyulun 19-da "Leeds United" ilə yoxlama oyunu keçirəcək İngiltərə təmsilçisi, ABŞ kampında "West Ham", "Everton" və "Bournemouth" kollektivləri ilə qarşılaşacaq. Bu müddət ərzində baş məşqçi Erik ten Haqın Altay Bayındıra şans verməsi gözlənilir.

Manchester Uniteddə indiyə qədər əsas qapıçı mövqeyini ələ keçirə bilməyən Altay Bayındır, ABŞ kampını özü üçün mühüm bir fürsət kimi dəyərləndirəcək. Milli qapıçının bu düşərgədə nümayiş etdirəcəyi performansın İngiltərə klubundakı gələcəyinə təsir edəcəyi bildirilir.

Əgər Altayın performansı qeyri-kafi hesab olunarsa, Manchester United-in yeni bir qapıçı axtarışına çıxması gündəmdədir.

24 saat