İstanbul Yolu Gözlənilir
"Sarı-göylər" Archie Brown'u İstanbula gətirmək məqsədilə Brüsselə şəxsi təyyarə göndərmişdi. Lakin son anda "Milan" klubu da danışıqlara müdaxilə edərək "Gent"in tələblərini qarşıladı və öz şəxsi təyyarəsini Brüsselə yolladı. Lakin bütün bu cəhdlərə baxmayaraq, ingilis sol müdafiəçi seçimini İstanbul təmsilçisindən yana edib.Gənc futbolçunun müqaviləni yekunlaşdırmaq üçün yaxın zamanda İstanbula gələcəyi bildirilir. "Gent" və Fenerbahçe arasında əldə olunan bütün öhdəliklər və razılaşmalar tam şəkildə yerinə yetirilib, beləliklə, ingilis müdafiəçinin Türkiyə nəhənginə keçidi rəsmiləşib.