Real Madrid liqada son üç qarşılaşmada heç-heçə oynayıb. Son olaraq La Liqanın 14-cü turunda Jirona ilə 1-1 bərabərə qalan Madrid təmsilçisi liderliyi də bir xalla əzəli rəqibi Barselonaya uduzub.
## "10 gün ərzində hər şey bəlli olacaq"İspaniyalı jurnalist Matias Prats ölkənin nüfuzlu idman qəzeti Marcaya verdiyi açıqlamada baş məşqçi Xabi Alonsonun yaxın günlərdə ciddi bir sınaqdan keçəcəyini söyləyib. Prats, "Dramatik danışmaq istəmirəm, amma Alonsonun qarşısında işi ilə bağlı qərarın veriləcəyi 10 günlük bir proses var" ifadələrini işlədib.
## Ağ-bənövşələrin çətin fiksturuPratsın iddiasına görə, Alonsonun taleyinin həll olunacağı 10 gün, ağ-bənövşələrin fiksturu baxımından da olduqca çətindir. Real Madrid ardıcıl olaraq Atletik Bilbao, Selta Viqo və Mançester Siti ilə qarşılaşacaq.
## Arda Alonso ilə sevindiDigər tərəfdən, gənc baş məşqçi Alonsonun varlığı, 20 yaşlı Türkiyə milli komandasının ulduzu Arda Güler üçün sanki həyatının fürsəti olub. Keçən il italiyalı məşqçi Karlo Ançelotti rəhbərliyi altında La Liqada 28 oyunda 1.249 dəqiqə vaxt alan Arda, bu mövsüm 14 həftədə keçirilən oyunların hamısında iştirak edərək artıq 901 dəqiqəyə çatıb.
Transfermarkt məlumatlarına görə, dəyəri 60 milyon avroya çatan gənc istedad bu mövsüm La Liqada çıxdığı 14 oyunda komandasına 3 qol və 5 asistlik töhfə verərkən, Çempionlar Liqasında oynadığı 5 oyunda da 2 asistlik performans göstərib.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz