Münasibət Niyə Sona Yetdi?
Üç illik münasibət yaşayan aktrisa Hande Erçel ilə iş adamı Hakan Sabancı ayrılıq qərarı alıblar. Aktrisa şəxsi İnstaqram səhifəsindən iş adamı ilə olan fotolarını silib. Bildirildiyinə görə, bu ayrılığa səbəb cütlük arasında yaranan evlilik böhranı olub.
Ananın Razılığı Olmadı
Məlumata görə, Hande Erçel münasibətlərini rəsmiləşdirmək və nikah masasına oturmaq istəyirdi. Hakan Sabancı da bu fikrə müsbət yanaşırdı. Lakin Hakan Sabancının anası Arzu Sabancının bu evliliyə razılıq verməməsi cütlüyün ayrılığına səbəb olub.
Arzu Sabancıdan İmalı Mesaj
Arzu Sabancı ayrılıqdan sonra sosial media hesabında "Cəhalət də yuxu kimidir. Səni oyadan şəxsə ilk reaksiyan qəzəbdir" şəklində bir paylaşım edib. Danışılanlara görə, Sabancının bu paylaşımı, münasibətlərinin bitməsinə səbəb olduğu üçün ona hirslənən oğlu Hakan Sabancıya ünvanlanıb.
Tənqidlər Və Xaricə Səfər
Bu arada, Hande Erçeli ailəsinə layiq görmədiyi deyilən Arzu Sabancı, sosial şəbəkələrdə "pis ana" şərhləri ilə üzləşib. Güclü reaksiyaların ardından Arzu Sabancı kiçik oğlu Kərim Sabancı ilə birlikdə ölkə xaricinə yollanıb.
Oxucu Şərhləri
Şərh Yaz