Fenerbahçə transferlərində yeni mərhələ: Ulduz axını başlayır
Türkiyə nəhəngi Fenerbahçe yay transfer mövsümünə start verərək heyətini gücləndirməyə davam edir. Klub, Jhon Duran, Archie Brown, Amara Diouf və Abdou Aziz Fall kimi gənc istedadları heyətinə qatmaqla, artıq ilk ciddi addımlarını atıb. Bu həftə isə azarkeşləri daha da sevindirəcək iki böyük adın, Paris Sen-Jermendən (PSJ) Milan Skriniar və Marko Asensionun komandaya qatılması gözlənilir. İspaniyadakı tətilini başa vurduqdan sonra Marko Asensionun İstanbulda olması planlaşdırılır. Klubun Futbol Direktoru Devin Özek, hər iki ulduz oyunçunu eyni təyyarə ilə İstanbula gətirmək üçün fəal iş aparır.
Düşərgəyə yetişən ulduzlar və Joze Mourinyonun istəkləri
Klub prezidenti Ali Koç, transfer danışıqlarını şəxsən idarə edərək, PSJ-nin prezidenti və dostu Nasser Al-Khelaifi ilə intensiv müzakirələr aparır. Lakin bu yay transferləri Asensio və Skriniarla yekunlaşmayacaq. Hər iki ulduzun düşərgəyə qatılmasından sonra Baş məşqçi Joze Mourinyonun israrla heyətində görmək istədiyi Malili yarımmüdafiəçi Yves Bissouma üçün Tottenhamla danışıqlar başlayacaq. Portuqaliyalı məşqçi bir neçə dəfə Bissouma ilə şəxsən görüşərək, onu Fenerbahçədə görmək arzusunu dilə gətirib. 28 yaşlı dayaq yarımmüdafiəçisi də Joze Mourinyo ilə çalışmaqdan məmnun olacağını bildirib.
"Münasib qiymət" axtarışı
Tottenham, Yves Bissouma üçün 20 milyon funt tələb edir. Lakin menecer Muzzi Özcan, bu məbləği daha münasib bir səviyyəyə endirmək üçün sıx danışıqlar aparır. Fenerbahçə rəhbərliyi, komandanı həm güclü, həm də maliyyə cəhətdən dayanıqlı etmək məqsədi güdür. Klub rəsmiləri bu klub üçün ən uğurlu heyəti qurmaqda qərarlıdırlar.