Ünlü Aslıhan Karaların nənəsi dünyasını dəyişib
2017-ci ildə Best Model of The World beynəlxalq müsabiqəsinin qalibi olan, eyni zamanda "Kuruluş Osman", "Aynasız Haluk", "15/07 Şafak Vakti", "Daha İyi Bir Yarın", "Adanış: Kutsal Kavga", "Filme Gel" kimi bir sıra diqqətçəkən ekran əsərlərində uğurlu rolları ilə tanınan aktrisa və manken Aslıhan Karaların nənəsi Zülfiye Maleri vəfat edib. Bu kədərli xəbər ictimaiyyətdə təəssüf hissi ilə qarşılanıb.
Zülfiye Malerinin müalicəsi reanimasiyada davam edirdi
Məlumatlara görə, nənəsinin beyinə qan laxtası düşməsi səbəbindən vəziyyəti ağır idi. O, uzun müddətdir ki, xəstəxananın reanimasiya şöbəsində intensiv müalicə alırdı. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və bu gün dünyasını dəyişib.
Aslıhan Karalar sosial mediada kədərini bölüşdü
Bu ağır itki barədə sosial şəbəkə hesabında paylaşım edən Aslıhan Karalar "Həyatımdakı ən dəyərli varlığım, canım nənəm Zülfiye Maleri rəhmətə getdi. Allah məkanını cənnət etsin. Başımız sağ olsun" sözlərini yazıb. Aktrisa bir gün əvvəl də nənəsinin videosunu paylaşaraq, "Döz nənəm, məni tək buraxma..." sözləri ilə ona dəstək ifadə etmiş, sağalması üçün dua etmişdi.

Oxucu Şərhləri
Şərh Yaz