Atlantik Okeanında böyük təhlükə: 200 mindən çox radioaktiv çəllək sızdırır
Şimal-Şərqi Atlantik Okeanının dərinliklərinə onilliklər əvvəl atılmış 200 mindən çox radioaktiv tullantı çəlləyi yenidən elm dünyasının gündəminə gəlib. Aparılan son araşdırmalar okean dibindəki ekoloji fəlakətin miqyasını üzə çıxarıb.

Təxminən 4 min 700 metr dərinlikdə həyata keçirilən tədqiqatlar, dəniz dibinə basdırılmış çəlləklərin zaman keçdikcə paslanaraq parçalandığını göstərib. Alimlər bu çürümə prosesi ilə birlikdə radioaktiv maddələrin okean dibinə sızmağa başladığını təsdiqləyiblər.
Keçmiş illərdə nüvə tullantılarının utilizasiyası məqsədilə istifadə olunan bu üsul, günümüzdə ciddi bir ekoloji təhdid yaradır. Mütəxəssislər sızmanın bölgədəki dəniz ekosistemi üzərində uzunmüddətli və geri dönülməz zərərlər verə biləcəyi barədə xəbərdarlıq edirlər.
Sözügedən tullantıların okean dibindən çıxarılmasının texniki çətinlikləri və yüksək maliyyəti problemin həllini daha da mürəkkəbləşdirir. Tədqiqatçılar sızmanın yayılma sürətini və dəniz canlılarına təsirini yaxından izləməyə davam edirlər.
Bu vəziyyət nüvə tullantılarının idarə olunması ilə bağlı beynəlxalq siyasətlərin və ətraf mühitin təhlükəsizliyi standartlarının yenidən nəzərdən keçirilməsinin vacibliyini bir daha xatırladır. Okeanların qorunması naminə atılmalı olan addımlar qlobal ekoloji gündəmin ən vacib mövzularından birinə çevrilib.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz