Atletiko Madrid Tiago Almadanı transfer edib
İspaniyanın güclü təmsilçisi
Atletiko Madrid Braziliyanın “Botafoqo” klubundan argentinalı futbolçu
Tiago Almadanı heyətinə qatıb. Klubun rəsmi açıqlamasına görə, 24 yaşlı
yarımmüdafiəçi ilə 2030-cu il iyunun 30-dək etibarlı müqavilə imzalanıb. İspaniya mətbuatında isə bu transferin “Matrasçılar”a 21 milyon avroya başa gəldiyi iddia olunur.
Tiago Almadanın karyerası
Daha əvvəl Argentinada “Velez Sarsfild” və ABŞ-da “Atlanta Yunayted” komandalarının formasını geyinmiş
Tiago Almada ötən il “Botafoqo”ya keçib. Gənc futbolçu ötən mövsümün ikinci yarısında Fransa təmsilçisi “Lion”da icarə əsasında çıxış edərək 20 oyunda 2 qol vurub. Bu transfer
Atletiko Madridin gələcək mövsümlər üçün heyətini gücləndirmək istiqamətində atdığı əhəmiyyətli addımlardan biri hesab olunur.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz