İdman 14.08.2025

Avropanın ən güclüsü penaltilərlə müəyyənləşdi

Avropanın ən güclüsü penaltilərlə müəyyənləşdi

PSJ ilk dəfə UEFA Super Kubokunun sahibi oldu

UEFA Super Kuboku finalında son Çempionlar Liqası çempionu Fransa təmsilçisi Paris Saint-Germain (PSJ) ilə Avropa Liqasının qalibi İngiltərə klubu "Tottenham" İtaliyanın Udine şəhərindəki Friuli stadionunda qarşılaşıb.

Normal vaxtı 2-2 hesabı ilə başa çatan matçı penalti seriyasında qazanan PSJ, tarixində ilk dəfə Super Kuboku əldə edib. "Tottenham"ın qollarını 39-cu dəqiqədə Micky van de Ven və 48-ci dəqiqədə Cristian Romero vurub. PSJ-nin qollarını isə 85-ci dəqiqədə Kang-In Lee və 90+4-cü dəqiqədə Gonçalo Ramos qeydə alıb.

Penalti seriyası PSJ-nin qələbəsi ilə yekunlaşıb

Əlavə vaxtın olmadığı finalda qalibi penalti seriyası müəyyənləşdirib.

"Tottenham"da Dominic Solanke, Rodrigo Bentancur və Pedro Porro penalti zərbələrini dəqiq yerinə yetirib. Lakin Micky van de Venin zərbəsini qapıçı Lucas Chevalier dəf edib. Mathys Telin zərbəsi isə qapıdan keçməyib.

PSJ-də isə Gonçalo Ramos, Ousmane Dembele, Kang-In Lee və Nuno Mendesin zərbələri qolla nəticələnib. Vitinha isə penalti zərbəsini qapıdan kənara göndərib.

Lucas Chevalierin debütü

İtalyan qolkiper Gianluigi Donnarumma ilə yollarını ayıran PSJ-nin yeni transferi Lucas Chevalier, Fransa komandasının formasını ilk dəfə geyinib. 23 yaşlı qapıçı, PSJ ilə ilk matçında penalti seriyasında etdiyi qurtarışla qələbədə pay sahibi olub.

Matçın son beş dəqiqəsinə iki qol fərqi ilə üstün başlayan "Tottenham", PSJ-nin təzyiqinə davam gətirməyib. Oyuna sonradan daxil olan Kang-In Lee və Gonçalo Ramosun vurduğu qollarla əla bir dönüş edən PSJ, ilk penaltini qaçırsa da, qalan zərbələrdə səhv etməyərək çempionluğa yüksəlib.

Matçın ən yaxşı oyunçusu PSJ-nin bərabərlik qoluna assist edən Ousmane Dembele seçilib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz