Şou 08.07.2025

Aybüke Pusat yeni layihəyə hazırlaşır: Tətildən ard-arda paylaşımlar

Aybüke Pusat yeni layihəyə hazırlaşır: Tətildən ard-arda paylaşımlar

Aybüke Pusatın "Teşkilat" serialından uzaqlaşdırılması

Aprelin 2-də İnstaqram hesabından istehlakın dayandırılmasına dair boykot çağırışı edən aktrisa Aybüke Pusat, baş rolunu canlandırdığı TRT-nin "Teşkilat" serialının heyətindən çıxarılmışdı. Bu hadisə Türkiyə mediasında və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olmuşdu.

TRT tərəfindən verilən rəsmi açıqlamada bildirilirdi ki, "Teşkilat" serialında iştirak edən bir aktyorun sosial media paylaşımları kanalın korporativ prinsipləri ilə qətiyyən uyğun gəlmir. Həmin paylaşımlar serialın izləyicilərini də məyus etdiyi üçün sözügedən şəxs heyətdən kənarlaşdırıldı. Aktrisanın kadro xarici qalması qərarına məşhur simalar və serialın pərəstişkarları tərəfindən böyük etirazlar yaranmış, sosial media platformalarında Aybüke Pusata güclü dəstək ifadə edilmişdi.

Yeni layihə və Yaponiyadan görüntülər

Uzun müddət səssizliyini qoruyan aktrisa bu yaxınlarda pərəstişkarlarına sürpriz bir xəbər vermişdi. O, NOW kanalında yayımlanacaq "Halef" adlı yeni serialla televiziya ekranlarına qayıdacağını elan etmişdi.

Hazırda Yaponiyada səyahətdə olan Aybüke Pusat yeni layihəsinə başlamazdan əvvəl özünə zaman ayırır və enerji toplayır. Bu səyahətindən qısa anları sosial media hesabından paylaşmağı da unutmayan aktrisa, Yaponiyanın həm küçələrində, həm təbiətində, həm çimərliklərində, həm də ictimai nəqliyyat vasitələrində obyektivə pozlar verərək izləyiciləri ilə öz xoş anlarını bölüşüb.

24 saat