Ötən il həyat yoldaşından boşanan Aylin Aslım bir müddət əvvəl İstanbulu tərk edərək oğlu Orman Umut Çağlanla Antalyaya köçmüşdü. Tətil üçün Kaşa yollanan Aslım, bir neçə gün əvvəl çimərlikdə bir şəxsdən aldığı xəbərdarlıqla özündən çıxıb.
"Mayosu yoxdurmu?' dediyi zaman..."
“Dörd yaşlı oğlumla tətil edirəm. İllərdir dincəldiyim yerdə dünən dənizə girdik”, – deyən Aylin Aslım İnstaqram hesabında bunları yazıb:
“Oğlum bilək hündürlüyündə suda oynayır, mən də yanında oturmuşdum. Bir nəfər uzanmaq üçün nəzərdə tutulmuş şezlonqlardan qalxıb dənizə doğru gedərkən oğluma baxaraq hər iki əlini yana açdı və 'Bu nədir belə?' kimi bir hərəkət etdi. Dərhal məni fərq etdi və 'Mayosu yoxdurmu?' deyə soruşdu.”
“Mən oğlumdan əvvəlki həyatımda duyğularımı tənzimləməkdə çox zəif idim. Xüsusilə də qəzəbimi idarə edə bilməmək ən çox şikayətləndiyim məsələ idi. Oğlum doğulan kimi, qeyri-adi bir şəkildə, bu mövzuda həyatım boyu olmaq istədiyim insan oldum. Qarşımdakına yüksək səslə cavab vermədən, səsini qaldırmadan, söyüş söymədən danışa bilən birinə çevrildim.”
“Məhz bu səbəbdən, həmin adam dənizə çılpaq girmiş və vedrəsi ilə oynayan dörd yaşlı oğlumdan narahat olub mənə 'Mayosu yoxdurmu?' deyəndə ona 'Var, sənə nə, lənətə gəlmiş!' demədim. Sadəcə ona baxdım, nəfəs aldım, başımı yelləyərək 'Mayosu var' dedim. 'Var, amma geyindirmədim, nə edəcəksən?' demək istədiyimi anladı.”
“Bu yaşda uşağın çimərlik geyimi tələb edəcək bir cinsiyyəti olmaz, problem nədir?' dedim. Həmin an dənizdən 5-6 yaşlarında iki qızı çıxırdı. 'Mənim qızlarımın cinsiyyət anlayışı var, amma belə olmaz' dedi. Baxanda olduqca müasir bir ailəyə bənzəyirdilər.”
Təhqiramiz reaksiyası
Dörd yaşlı uşağın çimərlikdə mayosuz oynamasından narahat olacaq qədər azğınlaşmış, üstəlik anasına gəlib hesab soruşmağa və dərs verməyə cürət edən bu dəlilərə, yaxud onları haqlı hesab edib sanki fikirlərini soruşmuşam kimi bir azdan şəxsi mesaj qutuma hücum edəcək ruhi xəstələrə iki sözüm var: Sizin mövhumatçılığınıza da, dörd yaşlı uşağa qarşı bu cür pozğunluğunuzu nümayiş etdirməyinizə də lənət olsun. Xüsusilə də Kaş çimərliklərində belə şeylərə cəhd etməyin, burada özünüzə tərəfdar tapa bilməzsiniz, başınız bəlaya düşər, xəbərdarlıq edirəm.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz