Şou 04.07.2025

Ayrılıq Yox, Eşq Sürür

Ayrılıq Yox, Eşq Sürür
Tanınmış aktyor Kerem Bürsin 2024-cü ilin may ayında iş adamı Sevil Sabancının qızı Melisa Sabancı Tapan ilə eşq münasibətinə başlamışdı. Həmin vaxt bu əlaqəni gizlətməyə üstünlük verən Bürsin, aylar sonra şəxsən bəyanatla çıxış edərək, "Ürəyim çox doludur, çox xoşbəxtəm" sözləri ilə hisslərini açıqlamışdı. Cütlüyün münasibətlərinin daha da ciddiləşdiyi və hətta Bürsinin Melisanın anası Sevil Sabancı ilə tanış olduğu barədə şayiələr yayılmışdı. Lakin, qəfil olaraq, keçən mart ayında onların ayrıldığına dair iddialar gündəmə gəlmişdi.

Naomi Kempbell ilə birlikdə

Ötən gün Beynəlxalq Boks Assosiasiyasının təşkil etdiyi paneldə dünyaca məşhur İngilis model Naomi Kempbell ilə birlikdə iştirak edən Kerem Bürsin media nümayəndələrinin suallarını cavablandırıb. Aktyor, münasibətlərinin bitdiyi barədə yayılan şayiələri qətiyyətlə təkzib edib. Bürsin, Melisa Tapan ilə ayrılıq iddialarının doğru olmadığını vurğulayaraq, "Biz şəxsi həyatımıza çox önəm verən iki insanıq. Bu barədə çox danışmaq istəmirik, lakin münasibətlərimiz davam edir" ifadələrini işlədib.

24 saat