Ayşə Akının Travmatik Keçmişi və Eşq Etirafı
2010-cu ilin Belçika gözəli, müğənni və aktrisa Ayşə Akın bir dövrdə yemək pozğunluğu (anoreksiya) müalicəsi görmüşdü. Hazırda sağlamlığına qovuşan Akın, bu yaxınlarda yaşadığı travmatik dövr haqqında danışıb.
Akın qeyd edib ki, "Yeganə arzum səhər oyananda tərəzidə özümü daha arıq görmək idi. Yemək yeməmək üçün dua etmək... Bu, həddindən artıq ağır psixoloji vəziyyətdir. Ayna qarşısında özümü daim kök görürdüm. Həyatımın 10 ili bu travma, bu psixoloji narahatlıqla keçdi. Çox gənc yaşda diqqət mərkəzində olanda, istər-istəməz insan təsirlənir. Mənə 'Roberto Karlos kimi ayaqların var' deyirdilər. Bu cür şərhlər zamanla məndə takıntıya çevrildi."
"Əvvəlcə bulimiya prosesi başladı, bu təxminən bir il çəkdi. Sonra anoreksiya başlandı. Heç kimi günahlandırmıram; bu, tamamilə beynimin mənə oynadığı böyük bir oyun idi. Həkim dəstəyi ilə uzun müddət antidepressantlardan istifadə etdim, daim yoxlamalardan keçdim. Lakin məni yenidən gücləndirən və həyata tutunmağımı təmin edən ən böyük hadisə nənəmi gözümün önündə itirməyim oldu."
"Squid Game" Ulduzuna Eşq
Ayşə Akın indi isə sevgi etirafı ilə gündəmə gəlib. O, Netflix-in məşhur "Squid Game" serialının ulduz aktyoru Sung Hoon ilə münasibətdə olduğunu bildirib.
Akın qeyd edib ki, "Onunla tanış olanda "Squid Game"də oynamırdı. Onu "The Glory" adlı serialda görmüşdüm və aşiq olmuşdum. İndi dostuq."
Ayşə Akın həmçinin 1.5-2 il Koreyada yaşadığını və Koreya dilini öyrəndiyini də bildirib.