Şou 20.07.2025

Bahar Şahin'dən Şok İtiraf: Mine Tugay Söhbəti Həqiqətdirmi

Bahar Şahin'dən Şok İtiraf: Mine Tugay Söhbəti Həqiqətdirmi

“Zalim İstanbul”un Pərdəarxası: Bahar Şahin Setdə Yaşadığı Zorakılığı Açıqladı

Zalim İstanbul” serialı finalından illər keçməsinə baxmayaraq yenidən ictimaiyyətin diqqət mərkəzindədir. Buna səbəb, serialda “Ceren” obrazına həyat verərək böyük çıxış edən aktrisa Bahar Şahinin qonaq olduğu bir televiziya proqramında etdiyi sarsıdıcı etiraflar olub.

Gənc Aktrisanın Etirafları: “Həyatımın Ən Gözəl İlləri Məhv Oldu”

Şahin, “Zalim İstanbul”un çəkiliş meydançasında qarşılaşdığı psixoloji şiddət və zorakılıq barədə açıq danışıb. O bildirib ki, “Gəncliyimin ən gözəl illəri məhv oldu. Mənim izləyicilər tərəfindən çox sevilməyim, oynadığım obrazın bəyənilməsi setdəki bəzi şəxslərlə aramda narahatlıq yaratdı. Çünki onların tərəfindən etdiyim iş bəyənilmirdi və rol ifa edərkən belə, bununla lağ edirdilər. Özümü təhlükəsiz hiss etmirdim.”

“Mənə ‘Varoş’ Deyirdi”

Gənc aktrisa serialın heyətindəki bir qadın aktrisanın ona qarşı zorakılıq tətbiq etdiyini iddia edib. “Mənə ‘varoş’ deyirdi,” deyən Şahin, həmçinin həmin şəxsin üzərinə gəldiyini və bu səbəbdən qorxudan tir-tir titrədiyini qeyd edib. Aktrisanın sözlərinə görə, heç kim onun tərəfində olmayıb, əksinə, “kiçiksən, idarə et” deyərək ona susmağı məsləhət görüblər. O, başqa bir aktrisanın onu vurmağa cəhd etdiyini, lakin qapını onun üzünə bağlayaraq bunun qarşısını aldığını da dilə gətirib. Qapının aktrisanın üzünə dəyməsindən sonra digər tərəf “şiddət var” deyə qışqırmağa başlayıb. Şahin isə cavabında “25 həftədir şiddət var, nəyə qışqırırsan?” deyib.

Gözlər Mine Tuqayda

Bu açıqlamalardan sonra aktrisa Dəniz Uğurun Bahar Şahinə dəstək verdiyi bildirilsə də, diqqətlər birbaşa aktrisa Mine Tuqayın üzərinə çevrilib. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan hadisədə, aktyora zorakılıq tətbiq edən şəxsin məhz Mine Tuqay olduğu iddia edilir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz