İdman 09.08.2025

Barış Alper Kərəmi hədəf aldı

Barış Alper Kərəmi hədəf aldı

Qələbə sevinciKewell jesti: Yılmazdan maraqlı açıqlama

Qalatasaray, Süper Liqanın ilk turunda səfərdə Qaziantep FK-nı məğlub edərək mövsümə üç xalla başladı. Oyunu iki qol və bir məhsuldar ötürmə ilə tamamlayan Barış Alper Yılmazın qol sevinci isə gecənin ən yaddaqalan hadisəsi oldu. Milli oyunçu vurduğu qoldan sonra "Qalatasaray"ın keçmiş oyunçusu Harri Kyuell-in qol sevincini təkrarladı. Sosial mediada bu sevincin Fənərbaxçaya transfer olunacağı deyilən Kərəm Aktürkoğluna göndərmə olduğu şəklində şərhlər edildi.

Xatırladaq ki, Kərəm Aktürkoğlu vurduğu qollardan sonra əsa hərəkəti edirdi. Ona "Türk Harri Potteri" ləqəbi verilmişdi və "Qalatasaray"ın sehrbazı adlandırılırdı.

Barış Alperdən açıqlama

Barış Alper Yılmaz isə matçdan sonra bu barədə açıqlama verib: "Harri Kyuellə salam olsun, ancaq oyuna başlamazdan əvvəl media qrupumuz mənə 'Bunu edərsənmi?' dedilər, mən də etdim. Harri Kyuellə salam olsun..."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz