Brüsseldə yerləşən Hind Rəcəb Vəqfi, iyulun 18 və 19-da Belçikanın Boom qəsəbəsində keçirilən Tomorrowland Festivalına qatılmaq üçün ölkəyə gələn iki İsrail əsgəri barədə şikayət edib. Federal Prokurorluqdan verilən açıqlamaya görə, bu şikayət əsasında müvafiq araşdırmalara başlanılıb.
İŞ BCM-Ə GÖNDƏRİLDİ
Açıqlamada qeyd olunub ki, Federal Prokurorluq şikayəti hərtərəfli araşdırdıqdan sonra İsrail əsgərlərinin dosyelərini Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) göndərmək qərarına gəlib. Bu addımın Belçikanın beynəlxalq öhdəliklərinə uyğun olaraq və ədalətin düzgün təmin edilməsi məqsədilə atıldığı vurğulanıb.
ƏSGƏRLƏR NİYƏ SAXLANILMIŞDI?
Hind Rəcəb Vəqfi iyulun 21-də verdiyi açıqlamada, Belçika Federal Polisinin Qəzzada hərbi cinayət törətməkdə ittiham olunan iki İsrail əsgərini saxlayaraq dindirdiyini bildirmişdi.
İsrail Xarici İşlər Nazirliyi isə sözügedən hadisə ilə bağlı açıqlamasında vətəndaşlarının saxlanılaraq sorğu-sual edildiyini təsdiqləsə də, onların nə səbəbdən dindirildiyinə toxunmamışdı.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz