İdman 22.11.2025

Belqradda "Fənərbaxça" matçında təxribat törədildi

Belqradda "Fənərbaxça" matçında təxribat törədildi
Avroliqada Fənərbaxça "Partizan" səfərində qalib gəldi, lakin tribunadakı skandal diqqət mərkəzində oldu.

Tribunlarda Osmanlı Sultanına qarşı təxribat

Avroliqanın 12-ci turunda Türkiyə təmsilçisi Fənərbaxça Beko səfərdə Serbiya klubu "Partizan" ilə qarşılaşıb. Oyun öncəsi tribunalarda Osmanlı sultanı I Muradın döyüşdə öldürdüyü iddia edilən serb cəngavəri Miloş Obiliçin təsviri olan təxribat xarakterli bir pankart açılıb. Serbiya azarkeşləri, 1389-cu ildə baş vermiş I Kosova döyüşündə Osmanlı sultanı I Muradı xəncərləyərək şəhid edən Miloş Obiliçi təsvir edən pankart nümayiş etdiriblər.

Tribunalarda türk əleyhinə şüarlar səsləndirildi

Tribunalarda uzun müddət türk əleyhinə şüarlar səsləndirilib. Belqrad Arenada baş tutan qarşılaşma öncəsi və zamanı yaşanan bu görüntülər böyük skandal doğurub. Serbiya azarkeşləri matçın əvvəlində də uzun müddət türk əleyhinə şüarlar səsləndiriblər. Dəqiqələrlə "Hər türk bilir, serb oğlu Obiliçin sultan Muradı necə xəncərlədiyini" şüarı səsləndirilib.

Avroliqanın susqunluğu

Avroliqa rəhbərliyi isə yaşananlara susqun qalmağı seçib. Təşkilatın bu açıq təxribata müdaxilə etməməsi və klubun qərar mexanizmi üzərində təsirli olan "Fənərbaxça"nın keçmiş baş məşqçisi Zeljko Obradovicin də müdaxilə etməməsi etirazlara səbəb olub.

"Fənərbaxça Beko" skandal pankartın açıldığı matçda 99-87 hesabı ilə qalib gəlməyi bacarıb. İsrailin hərəkətlərini pisləyən addımları Türkiyə klublarına qadağan edən FİBA və Avroliqanın "Partizan"a hansı cəzanı verəcəyi isə maraqla gözlənilir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz