2018-ci ildə gəmi sahibi Selim Selimoğlu ilə evlənən Bengü, 2024-cü ildə qəfil qərarla boşandı. Cütlüyün bu evlilikdən Zeynep və Selim adlı iki övladı var idi. Boşanmadan sonra səhnədə göz yaşlarına boğulan müğənni hamını kədərləndirsə də, məşhur sənətçi uzun müddət sükutunu qorumuşdu. Bu sükut sosial media hesabından etdiyi bir paylaşımla pozuldu.
BOŞANMASINA İŞARƏMİ EDİLDİ?
Altı illik evliliklərinin niyə bitdiyi barədə danışmayan sənətçi, sosial media hesabında belə bir açıqlama yaydı: "Müthiş bir 'Kızılcık Şerbeti' fanatıyam. Orada evli bir kişiyə yaxınlaşan bir qadının davranışı diqqətimi çəkdi. Mən belə bir şey yaşamamışam, paylaşımım da işarə deyildi. Amma elə qadınlar var ki... Bu 'səkkizayaqlı xanımlar' qəflətən dost kimi görünüb, kişiləri əhatə edib özlərinə bağlayırlar. Mən ona bir işarə etdim. Yoxsa mən yaşamamışam."
"ƏRİMİN DOSTU OLA BİLMƏZ"
Bengü'nün "Saman altından su yeridənlər" başlığı ilə etdiyi paylaşımda bu sözlər də yer almışdı:
"Mənim ərimlə heç kim dost ola bilməz. Keçmiş ərimin də dostu yox idi. Evli adamın dostu ola bilməz. Amma bəlkə vaxtında tam başa düşmədiyim “səkkizayaqlı xanımları” öz yanımda saxlamışam. Nə yaxşı ki, heç vaxt onlarla təmasda olmamışam. Qadınlar məni başa düşəcək, bunlar həqiqətən də var. Sən mənim ərimlə necə dost ola bilirsən?"
"GÖNDƏRMƏ DEYİL"
Müğənninin bu paylaşımı əksər insanlar tərəfindən keçmiş ərinə bir işarə kimi qəbul edildi. Sosial media gündəmində olan açıqlama sonrası sənətçidən yeni bir izah gəldi. O, "Paylaşımım bir işarə deyildi. Serialdan təsirlənərək yazdım" deyərək, bunun bir göndərmə olmadığını bildirdi.