Al Musrati "Hellas Verona"ya icarəyə verildi
“Beşiktaş Futbol A.Ş.” Al Musratinin müvəqqəti transferi ilə bağlı İtaliyanın “Hellas Verona FC S.P.A.” klubu ilə razılığa gəldiyini rəsmi olaraq açıqlayıb.
Klubdan rəsmi açıqlama
Klub tərəfindən verilən açıqlamada bu məlumatlar yer alır: “Peşəkar futbolçumuz Almoatasembellah Ali Mohamed Al Musratinin 2025-2026 mövsümünün sonuna qədər müvəqqəti transferi üçün “Hellas Verona FC S.P.A.” klubu ilə 2.000.000 avro məbləğində razılıq əldə olunub. Razılaşmaya əsasən, “Hellas Verona FC S.P.A.” klubunun 7.000.000 avro müqabilində satın alma opsiyonu da mövcuddur”.
Al Musratinin "Beşiktaş" karyerası
Portuqaliyanın “Braqa” komandasından 2024-cü ilin fevral ayında transfer edilən 29 yaşlı yarımmüdafiəçinin "Beşiktaş"a ümumi maliyəti (icarə və transfer haqqı) 12 milyon avro təşkil edib. Libiyalı futbolçu "Beşiktaş"da keçirdiyi müddətdə 38 rəsmi oyunda iştirak edib və 3 qol vurub.
Oxucu Şərhləri
Şərh Yaz