İdman 04.08.2025

Beşiktaş Ndidi üçün təklif göndərdi

Beşiktaş Ndidi üçün təklif göndərdi
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Ukraynanın "Şaxtyor Donetsk" komandasına məğlub olan "Beşiktaş" heyətini gücləndirmək üçün transfer çalışmalarına başlayıb.

"Beşiktaş"dan Wilfred Ndidi üçün təklif

İstanbul təmsilçisi orta sahə mövqeyi üçün transfer axtarışlarını davam etdirir. Bu mövqedə əsas namizəd kimi Wilfred Ndidi önə çıxır. Gedson Fernandeşin komandadan ayrılmasından sonra axtarışlara başlayan "qartallar" 28 yaşlı oyunçu ilə maraqlanır.

"Leicester City" təklifi qəbul etdi

Ben Yakobsun məlumatına görə, "Beşiktaş" İngiltərənin "Leicester City" klubuna 9.5 milyon avro dəyərində təklif göndərib və bu təklif İngilis klubu tərəfindən qəbul edilib.

İstanbul klubu İngiltərə və Avropanın bir çox klubunun maraq dairəsində olan Wilfred Ndidi ilə danışıqlarda son mərhələyə yaxınlaşır.

Wilfred Ndidi-nin keçən mövsümki performansı

Ötən mövsüm "Leicester City" forması ilə 30 oyuna çıxan Nigeriyalı futbolçu, bu matçlarda 1 qol vurub və 5 də asist edib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz