Braziliyanın Serie B komandalarından "Atletiko Paranaense" "Beşiktaş"ın kolumbiyalı yarımmüdafiəçisi Elan Rikardonu heyətinə qatıb. Satınalma opsiyası ilə gerçəkləşən razılaşmada opsiyanın 5 milyon avro olması gözlənilir.
## "Beşiktaş"dan rəsmi açıqlama"Beşiktaş" klubu transfer ilə bağlı rəsmi açıqlama yayımlayıb:
"Peşəkar futbolçumuz Elan Rikardo 2025-26 mövsümünün sonuna qədər satınalma opsiyası ilə müvəqqəti olaraq "Atletiko Paranaense"yə keçib. Elan Rikardoya yeni klubunda uğurlar arzulayır, ictimaiyyətin diqqətinə hörmətlə çatdırırıq."
## Elan Rikardonun "Beşiktaş" karyerasıQara-ağ rəngli kluba ötən mövsümün ikinci yarısında 1.9 milyon avro qarşılığında transfer olan 21 yaşlı kolumbiyalı yarımmüdafiəçi, təəssüf ki, heç bir rəsmi matça çıxmayıb.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz