İdman 10.11.2025

Beşiktaşda Rafa Silva Sergen Yalçınla işləmək istəmir

Beşiktaşda Rafa Silva Sergen Yalçınla işləmək istəmir
Süper Liqada böhranlı günlər yaşayan Beşiktaş komandasında son olaraq Rafa Silva qalmaqalı baş qaldırıb. Kasımpaşa matçı öncəsi zədəli olduğu açıqlanan portuqaliyalı ulduz futbolçu Rafa Silvanın baş məşqçi Sergen Yalçınla ciddi problemi olduğu öyrənilib.

Rafa Silva Beşiktaş-dan ayrılmaq istəyir

Sokratesdən Övünc Özdemin verdiyi məlumata görə Rafa Silva ilə Sergen Yalçın arasındakı münasibətlər tamamilə bitib. Rafa Silva, Sergen Yalçının baş məşqçi olaraq qaldığı müddətdə Beşiktaş komandasında forma geyinmək istəmədiyini rəhbərliyə bildirib.

Zədəsini bəhanə etdi?

Ulduz oyunçunun Kasımpaşa matçı öncəsi heç bir narahatlığı yoxkən, zədəsini bəhanə edərək heyətə alınmamağı tələb etdiyi iddia edilib. Qara-ağ rəngli komandada gündəmin bir nömrəli məsələsinə çevrilən Rafa Silva ilə bağlı yaşanacaq hadisələr böyük maraq doğurur.

Rafa Silvanın Beşiktaş-dakı performansı

Rafa Silva, ötən mövsümdən bəri Beşiktaş komandasının hücum xəttindəki ən təsirli oyunçusu kimi seçilir. Portuqaliyalı oyunçu, qara-ağ formayla çıxdığı 65 matçda 23 dəfə qol vurarkən, 15 dəfə də asist edərək komandasına mühüm töhfə verib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz