"Beşiktaş" UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Ukrayna təmsilçisi "Şaxtyor Donetsk"ə məğlub olub. İlk oyunda 4-2 hesabı ilə uduzan "Beşiktaş", səfərdə də rəqibinə 2-0 hesabı ilə yenilərək Avropa Liqasına vida edib.
Konfrans Liqası"nda yoluna davam edəcək "Beşiktaş"da azarkeşlər narazıdır
UEFA Konfrans Liqasında yoluna davam edəcək "Beşiktaş"da komandanın meydandakı çıxışı azarkeşlərin ciddi narazılığına səbəb olub. Bu narazılığa yeni transfer Tammy Abraham da qoşulub.
Abraham komanda yoldaşlarından dəstək görmədiyi üçün etirazını ifadə etdi
Qara-ağların məğlub olduğu matçda yeni transfer Tammy Abrahamın bir epizodda komanda yoldaşlarından dəstək ala bilmədiyi üçün göstərdiyi reaksiya gündəmə düşüb. İngilis hücumçu, saniyələr boyunca tək qalmasına görə komanda yoldaşlarına etirazını bildirib.
Başqa bir epizodda da komanda yoldaşlarına oxşar şəkildə narazılığını ifadə edən Abrahamın bu reaksiyasından sonra sosial mediada qara-ağ rəngli azarkeşlər oyunçulara böyük reaksiya göstəriblər.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz