İdman 04.12.2025

Beşiktaşın sabiq futbolçusu vəfat etdi

Beşiktaşın sabiq futbolçusu vəfat etdi
1965-1972-ci illərdə Beşiktaş forması geyinən sabiq milli futbolçu Faruk Karadoğan vəfat edib.

"Beşiktaş"dan başsağlığı

Qara-ağ rəngli klubdan verilən açıqlamada, "1965-72-ci illərdə formamızı geyinən, bu dövrdə qazandığımız iki liqa çempionluğunda əməyi olan əfsanə futbolçularımızdan Faruk Karadoğanın vəfat etdiyini böyük bir üzüntüylə öyrənmiş bulunmaktayız. Klubumuza xidmətlərini hər daim sayğıyla xatırlayacağımız Faruk Karadoğana Allahdan rəhmət; ailəsinə, yaxınlarına və camiamıza başsağlığı diləriz" ifadələri işlədilib.

TFF-dən başsağlığı

Türkiyə Futbol Federasiyası (TFF), Faruk Karadoğanın vəfatı münasibətilə başsağlığı mesajı yayımlayıb. Federasiyanın internet saytından yayımlanan mesajda bunlar qeyd olunub:

"Türk futbolunun dəyərli isimlərindən, Türkiyə A Milli Komandasının sabiq oyunçusu Faruk Karadoğanın vəfat etdiyini dərin bir üzüntü ilə öyrənmiş bulunuyoruz. 14-ü A Milli Komanda, 11-i Ümid Milli Komanda və 12-si də U18 Milli Komandası olmaqla toplam 37 müsabiqədə ay-ulduzlu formamızı tərlədən Faruk Karadoğan, karyerası boyunca Beşiktaşın yanı sıra Adanaspor, Gençlerbirliyi ilə Çukurova İdman Yurdu Spor klublərində oynamış və toplamda 2 dəfə Süper Liqa çempionluğu, 1 dəfə Cümhurbaşkanlığı Kuboku, 1 dəfə Türkiyə Spor Yazarları Dərnəyi Kuboku və 1 dəfə də RCD Kuboku çempionluğu yaşamıştı. Mərhum Faruk Karadoğana Allahdan rəhmət; kədərli ailəsinə, yaxınlarına, sevənlərinə və başta Beşiktaş olmaq üzərə tüm spor camiasına başsağlığı diləyirik."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz