Amerika 12.07.2025

Bongino və Bondi Epstein Faylları Üzündən Toqquşur

Bongino və Bondi Epstein Faylları Üzündən Toqquşur

Dan Bongino "Epstein Dosyaları" ilə Bağlı Narazılıq Səbəbindən İstehfa Barədə Düşünür

Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Dan Bonginonun Ədliyyə Nazirliyinin (ƏN) Ceffri Epşteynə aid sənədlərin idarə olunması ilə bağlı narazılığı səbəbindən istefa etməyi düşündüyü məlum olub. Mənbələr bildirir ki, Bongino cümə günü işə çıxmayıb və narahatlıqları səbəbindən ofisdə görünməyib.

Məlumatlara görə, Dan Bongino çərşənbə günündən bəri ofisdə görünməyib. Onun gələcəyi ilə bağlı hələlik yekun qərar vermədiyi qeyd olunur.

Bu son açıqlama çərşənbə günü Ağ Evdə Dan Bongino ilə ABŞ Baş Prokuroru Pam Bondi arasında baş verən gərgin mübahisənin ardınca ortaya çıxıb. Lakin Bondiyə yaxın mənbələr onun istefa etmək niyyətində olmadığını və nazirliyin işindən qürur duyduğunu bildirirlər. FTB direktoru Kaş Patel də işindən məmnun olduğunu və getmək istəmədiyini vurğulayıb.

Epşteyn Dosyaları və Rəsmi Mövqe

Ədliyyə Nazirliyi və FTB-nin cümə günü yayımladığı birgə bəyanatda, Epşteynin iddia edilən "müştəri siyahısı" ilə bağlı bütün nəzəriyyələrə son qoyulub. Birgə araşdırmanın nəticələrinə görə, Epşteynin cinsi istismara məruz qoyduğu insanların adlarını əks etdirən belə bir siyahının mövcud olmadığı qeyd edilib.

Bundan əlavə, Ədliyyə Nazirliyi Epşteynin 2019-cu ildə Nyu Yorkdakı həbsxana kamerasında intihar etdiyi qənaətinə gəlib. Bu nəticə, onun cinsi ticarət ittihamları ilə bağlı məhkəmə prosesi gözləyərkən intihar etdiyini təsdiqləyir.

ABŞ prezidenti Donald Trampın kabinet toplantısında Ceffri Epşteynlə bağlı verdiyi açıqlama da diqqət çəkib. O, mərhum maliyyəçini "iyrənc" adlandırıb.

Ağ Evdən Birlik Mesajı

Ağ Evin Baş Mətbuat Katibinin müavini Harrison Filds bildirib ki, "Prezident Tramp amerikalıları qorumağa, cinayətkarları məsuliyyətə cəlb etməyə və qurbanlara ədalət təmin etməyə sadiq yüksək ixtisaslı və təcrübəli hüquq-mühafizə qrupu toplayıb. Bu iş rəvan və birlik içində həyata keçirilir. Bu komanda daxilində bölünmə yaratmaq cəhdləri əsassızdır və ictimai təhlükəsizliyin bərpası, eləcə də hamı üçün ədalətin təmin edilməsi istiqamətində əldə edilən real irəliləyişlərdən diqqəti yayındırır."

Cümə günü Baş Prokuror müavini Todd Blanş da daxili fikir ayrılıqları barədə xəbərləri rədd edib. O, X sosial şəbəkəsində yazıb: "Mən FTB direktoru Kaş Patel və Dan Bongino ilə Epstein dosyaları ilə bağlı birgə FTB və Ədliyyə Nazirliyi memorandumunda sıx əməkdaşlıq etdim. Hamımız memorandumun məzmununu və orada qeyd olunan nəticələri təsdiqlədik. FTB və Ədliyyə Nazirliyi rəhbərliyi arasında bu memorandumun tərtibi və buraxılışı ilə bağlı hər hansı bir fikir ayrılığının olması iddiası tamamilə yalandır."

Epşteynin ölümündən əvvəlki saatlarda heç kimin onun kamerasına daxil olmadığını sübut etmək üçün administrasiya tərəfindən yayımlanan həbsxana müşahidə videosunun bir dəqiqəsinin əskik olması, bu hadisənin gizlədilməsi ilə bağlı konspirasiya nəzəriyyələrini gücləndirib.

Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, "Prezident Tramp Baş Prokuror Bondinin 'Amerikanı Yenidən Təhlükəsiz Et' gündəliyini həyata keçirmək, Ədliyyə Nazirliyinin bütövlüyünü bərpa etmək və cinayət qurbanlarına ədalət təmin etmək səylərindən qürur duyur. Prezident Trampın Kabinetində bölünmə yaratmaq cəhdləri əsassızdır və reallıqla heç bir əlaqəsi yoxdur."

24 saat