Şou 01.07.2025

Boşanma sonrası Mustafa Aksakallıdan ilk paylaşım

Boşanma sonrası Mustafa Aksakallıdan ilk paylaşım

Ezgi Mola, məşhur aktyor xanım, dörd illik münasibətin ardından 2023-cü ilin may ayında sahibkar sevgilisi Mustafa Aksakallı ilə ailə həyatı qurmuşdu.

Maçkadakı bir oteldə ailə üzvlərinin iştirakı ilə baş tutan nikah mərasimində Ezgi Molanın şahidliyini Enis Arıkan, Mustafa Aksakallının şahidliyini isə Sinan Engin etmişdi. Cütlüyün bu evlilikdən Can adını verdikləri bir oğulları dünyaya gəlib.

Evliliklərini ictimaiyyətdən uzaq yaşamağa üstünlük verən məşhur cütlükdən iyunun 25-də kədərli xəbər gəldi. Mola sosial media hesabında etdiyi açıqlama ilə 2 illik evliliyini bitirdiyini elan etdi.

"İki illik evliliyimizi sonlandırmaq qərarına gəldik. Bir-birimizə olan sevgimizin ən gözəl hədiyyəsi Can, onunla ən gözəl şeyləri yaşaya bilmək üçün əlimizdən gələni edəcəyik. Prosesin davamında dostluğumuza zərər vermədən, incitmədən, kədərləndirmədən bir-birimizin yanında olacağıq. Bizdən eşitmədiyiniz heç bir şeyə inanmayın. Ola bilər ki, qəribə şeylər deyənlər olsun deyə, insan bunu söyləmək ehtiyacı duyur. Bu mövzuda həssaslığınızı xahiş edirik. Sevgilərlə."

Üç gündə nə dəyişdi?

Ezgi ilə Mustafa, boşanma açıqlamasından üç gün əvvəl, yəni iyunun 22-də Sinan Enginin qızı Elif Enginin Çorumdakı toyuna qatılmışdılar. Gecə boyu digər qonaqlarla söhbət edən cütlük xoşbəxt pozalar vermişdi. Onların qəfil qərarı "Üç gündə nə dəyişdi?" suallarını ortaya çıxardı.

Şayiələrə görə, cütlük aylar əvvəl boşanmaq qərarı almış, hətta evlərini belə ayırmışdı. Toya qatılmaq səbəblərinin isə dostluqlarının davam etdiyini göstərmək olduğu deyilirdi.

Mustafa Aksakallıdan ilk açıqlama

Bu prosesdə səssizliyini qoruyan Mustafa bu gün idman zalından paylaşım edib. Gülərək çəkdirdiyi fotosunu İnstaqramda yayımlayan Aksakallı, "Hər şey qaydasındadır" mesajını verib.

24 saat