Böyük Britaniyada avtomobil yanğını meşəyə keçib: A31 magistralı bağlanıb
Böyük Britaniyanın Nyu-Forest bölgəsində bir avtomobildə başlayan yanğın qısa müddətdə ətrafdakı meşə və kolluqlara sıçrayıb. A31 magistral yolunda qeydə alınan bu hadisə nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb.

Yanğınsöndürmə briqadaları alovun daha geniş sahəyə yayılmaması üçün təxirəsalınmaz tədbirlər görür. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə texnikası və xilasetmə qrupları cəlb edilib.
Şahidlərin verdiyi məlumata görə, yanğının şiddəti o qədər yüksək olub ki, yaxınlıqdan keçən sürücülər avtomobillərinin içərisində belə güclü istiliyi hiss ediblər. Bəzi sürücülərin təhlükəyə məhəl qoymadan alovun arasından keçməyə cəhd etməsi ciddi narahatlıq doğurub.
Rəsmi qurumlar ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib və sürücülərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib. Yanğının başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz