Türkiyədə uşağa qarşı
cinsi istismar ittihamı ilə üzləşən britaniyalı müəllimənin
ekstradisiya edilməyəcəyi qərarlaşdırılıb. Prokurorlar hakimin qərarına etiraz etməmək qərarı veriblər.
Türk səlahiyyətliləri Riçardsonun 2019-cu ilin əvvəllərində İstanbulda beynəlxalq bir məktəbdə dərs deyərkən azyaşlı uşağa hücum etməsi iddiası ilə onun geri qaytarılmasını tələb etmişdilər.
Ötən ay Hakim Pol Qoldspring Kral Prokurorluq Xidmətinə (CPS) bu qərara Yüksək
Məhkəmədə etiraz edib-etməyəcəklərinə qərar vermək üçün iki həftə vaxt vermişdi. Lakin çərşənbə axşamı keçirilən qısa dinləmə zamanı CPS etiraz etməyəcəklərini bildirdi. Herfordşirdəki Kredli qəsəbəsindən olan 54 yaşlı Rebekka Riçardson ötən ay Vestminster Magistrat Məhkəməsində ona qarşı irəli sürülmüş geri qaytarılma tələbindən bəraət almışdı.
Müdafiə Tərəfinin İddiası: "İntihar Edə Bilər"
Böyük Britaniyada keçirilən ilk
ekstradisiya dinləməsində ingilis müəllimənin orta dərəcəli depressiyadan əziyyət çəkdiyi, Türkiyəyə
ekstradisiya olunub həbs ediləcəyi təqdirdə simptomlarının artacağı müdafiə edilmişdi. Məhkəmə heyətindəki həkimlər Riçardsonun Türkiyəyə
ekstradisiya olunması halında intihar düşüncələri riskinin artacağı sualına "Bəli" cavabını vermişdilər.
Cinsi İstismar İttihamı
Məhkəmədə əvvəlcədən verilən məlumata görə, Riçardson 2000-ci ildə Birləşmiş Krallığı tərk edərək təxminən 20 il xaricdə yaşayıb. 2013-2019-cu illər arasında Türkiyədə yaşayan Riçardsonun əvvəllər Meksika və Honkonqda da qaldığı qeyd olunub.
"Qırmızı Bülleten"lə Axtarış Qərarı
Riçardson barəsində Türkiyədə hazırlanan ittiham aktında "uşağa qarşı xüsusi qəddarlıqla
cinsi istismar", "qəsdən xəsarət yetirmə" və "təhqir" cinayətləri ilə ittiham olunmuş, ümumilikdə 11,5 ilədək həbs cəzası tələb edilmişdi. Bakırköy 19-cu Ağır Cəza Məhkəməsində baxılan işdə zərərçəkmiş uşağın ailəsinin vəkili sübut sənədlərində qadına məxsus DNT nümunəsinin tapıldığını və bu nümunənin təqsirləndirilən şəxsə aid olub-olmadığını müəyyən etmək üçün Riçardsonun Türkiyəyə gətirilməsinin vacibliyini bildirmişdi. 2023-cü ildə isə Riçardson barəsində "qırmızı bülleten"lə beynəlxalq axtarış qərarı çıxarılmışdı.
24 saat