Şou 13.08.2025

Bülent Ersoy gündəmdən düşmür: Söyüş iddiası

Bülent Ersoy gündəmdən düşmür: Söyüş iddiası

Bülent Ersoy, Antalya konsertində tamaşaçılara təhqir etdiyi iddialarını qətiyyətlə rədd edib. Ersoy, sosial media hesabından etdiyi paylaşımla yaranmış konsert qalmaqalını öz dilindən izah edərək, irəli sürülən ittihamlara sərt reaksiya verib:

''54 illik sənət həyatımda, belə əsassız və həqiqətdən uzaq ittihamlarla üzləşmək; ömrünü Türk musiqisinə və əziz millətinə həsr etmiş bir sənətkar üçün son dərəcə incidicidir. Bu gün bəzi medialarda yer alan 'Tamaşaçısına təhqir etdi' tipli xəbərlər, tamamilə manipulyasiya məhsulu və həqiqətin təhrif olunmuş formasıdır. Bu səhnə qalmaqalı Ersoyu dərindən hiddətləndirib. Mənim üçün siz, əziz və möhtərəm dinləyicilərim, hər zaman başımın tacı, nemətim və illərdir ən böyük dəyərim olmusunuz. Bu səbəbdən, həqiqəti öz dilimdən, birbaşa sizə çatdırmaq borcumdur."

"Çox qiymətli, dəyərli, qədim dostum cənab Orhan Gencebay ustadın kürdilihicazkar makamındakı şah əsəri 'Bir Təsəlli Ver' əsərini ifa edərkən, mahnının meyan hissəsində ifam zamanı yüksək notlardakı ustalığımın verdiyi coşğu və ardından gələn alqış tufanının yaratdığı duyğu ilə, özümə tərif olaraq 'Nə gözəl oxudun Bülent' mənasında bu ifadəni zarafatla əvvəlcə özümə söylədim. Ardından, VIP ön cəbhədə oturan Kıbrıslı yaxın dostum İpək xanımına yönəlib, tək şəxsə aid 'qız' sözünü işlətməyim, zatən ümumi auditoriyaya xitab etmədiyimin danılmaz və aydın sübutudur."

"Əgər bu söz, iddia edildiyi kimi, bütün salonu ağzına qədər dolduran 4.500 dəyərli dinləyicimə xitabən səsləndirilsəydi, başım dik, üzüm isə bütün zala tərəf çevrilmiş olardı. Şunu hər kəs bilsin ki; 54 illik sənət həyatım boyunca məni mən edən Türk xalqına əsla hörmətsizlik etmədim, etməm də mümkün deyil. Bu günə qədər belə bir hal yaşanmamışkən, 54 il sonra belə bir davranış sərgiləyim onsuz da söz mövzusu ola bilməz. Tamaşaçım, mənim nemətim, başımın tacıdır."

"KİMSƏDƏN QORXMAM" – BÜLENT ERSOYDAN AÇIQLAMA

"Və buradan elan edirəm: Mənim tamaşaçımla aramıza girmək həddini aşanlar, hər zamankı kimi, əllərini yalayıb qalacaqlar. Heç kimin gücü, bu böyük sevgi, hörmət və sevdəni yox etməyə yetməz və yetməyəcək də. Mən, Türk xalqının qəlbində kök salmış bir Bülent Ersoyam və 54 ildir olduğu kimi bu gün də onların xidmətçisiyəm. Məni bilən bilir... Mən Allahdan başqa kimsədən qorxmuram.''

Qalmaqal Davam Edəcək: Bülent Ersoy Təkbaşına Ordudur

"Qeyd: Bu arada, bir əvvəlki ictimai açıqlamamda qeyd etdiyim kimi, əvvəlki bəyanatlarımın da sonuna qədər arxasında durduğumu və duracağımı siz, hörmətli musiqisevərlərə bir daha bildirməyi faydalı hesab edirəm. Bu mövzu burada bağlanmayacaq, mən bağlamayacağam. Çünki mən, yeri gələndə təkbaşına bir ordudayam. Xalqı aldadan həyasızlarla işim bitmədi, bitməyəcək də...!!!"

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz