Burak Özçivit "Kuruluş Osman"dan Ayrıldı
Daha əvvəl "Çalıquşu", "Kiçik Sirlər", "Ata Ocağı" kimi layihələrdə rol almış aktyor Burak Özçivit, son bir neçə ildir "Kuruluş Osman" adlı tarixi serialda baş rolda çıxış edirdi. Serialda Osman bəy obrazını canlandıran aktyorun layihə ilə vidalaşdığı məlum olub. Özçivitin 4 milyon türk lirəsi tələb etdiyi və yaranan anlaşmazlıq səbəbindən heyətdən ayrıldığı iddia olunur.
Yeni Aktyorlar Kuruluş Osmanın Heyətində
Burak Özçivitin ayrılmasından sonra serialın istehsalçı şirkəti "Bozdağ Film" sosial media hesabından paylaşım edərək "Qızıl Qonçalar"da "Cüneyd" rolu ilə ötən mövsümə damğa vuran aktyor Mert Yazıcıoğlunun heyətə daxil olduğunu elan edib.
Açıqlamada qeyd olunub ki, gənc aktyor serialda Osman bəyin oğlu Orxan bəy obrazını canlandıracaq. Türkiyə və ingilis dillərində yayımlanan elanda bu sözlər yer alıb: "Yeni dövr başlayır! Osman bəyin oğlu Orxan bəyi Mert Yazıcıoğlu canlandıracaq, uğurlu olsun. Xoş gəldin, Mert Yazıcıoğlu!"
Mert Yazıcıoğlunun heyətə daxil olması tamaşaçılar tərəfindən böyük sevinclə qarşılanıb.
Serialın Yeddinci Mövsümü Və Gələcək Planlar
Digər tərəfdən, ssenarisi yazılan yeddinci mövsümdə tanınmış aktyor Cihan Ünalın da seriala qatılacağı bildirilir. O, Burak Özçivitin canlandırdığı Osman bəy obrazının qocalıq illərini ifa edəcək.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz