AKTRİSA BURCU ÖZBERK XARİCDƏKİ DOSTLARININ TƏNQİDLƏRİNƏ CAVAB VERDİ
"Möhtəşəm Yüz il", "Günəşin Qızları", "Aslan Ailəm", "Afili Eşq", "Eşq Məntiq İntiqam" və "Kraliça" kimi Türkiyənin ən populyar seriallarında yaddaqalan rolları ilə tanınan məşhur aktrisa
Burcu Özberk sosial mediada diqqət çəkən bir paylaşım edib. Özberk, xaricdə yaşayan dostlarının
Türkiyə haqqında səsləndirdiyi mənfi şərhləri və ölkə barədə tez-tez ifadə etdikləri tənqidi fikirləri kəskin şəkildə pisləyib.
"HƏQİQƏTƏN ÖNƏM VERİRSİNİZSƏ, FAYDALI İŞ GÖRÜN"
Aktrisa şəxsi X hesabında etdiyi
paylaşımda bu sözləri qeyd edib:
"Mən artıq ildə cəmi iki həftəlik xaricdən gəlib Türkiyə barədə mənfi danışan dostlarımdan narahat olmağa başlamışam. Guya buraya doğrudan önəm verirsiniz... Əgər belədirsə, o zaman həqiqətən də faydalı olacaq işlər görün. Davamlı olaraq hekayələr (story) paylaşıb burada yaşayan insanların başını şişirməyin."
24 saat
Oxucu Şərhləri
Şərh Yaz