Buse Terim yeni eşqi ilə gündəmə gəldi
Buse Terim sevgilisi ilə görüntüləndi - Fatih Terim və Fulya Terimin qızı Buse Terim 2014-cü ildə iş adamı Volkan Bahçekapılı ilə dəbdəbəli toy edərək ailə həyatı qurmuşdu. Cütlüyün Nil adlı ilk övladı 2016-cı ildə, Naz adlı ikinci qızları isə 2018-ci ildə dünyaya gəlmişdi.
10 illik evlilikdən sonra boşanma
10 illik evliliyin ardından cütlük bir neçə ay əvvəl sosial media hesablarında bir-birini izləməyi dayandırmışdı. Bu addımdan sonra ayrılacaqları iddia edilən Terim və Bahçekapılı cütlüyü münasibətlərinə bir şans daha vermişdi.
Tək cəlsədə başa çatan evlilik
Münasibətlərindəki böhranı aşmayan cütlük 10 illik evliliklərini razılaşma yolu ilə tək cəlsədə sona çatdırdı.
Buse Terim boşanmadan sonra danışdı
Buse Terim boşanmadan sonra açıqlama verərək "Səbəbi çox da önəmli deyil, nəticəsi önəmlidir mənim üçün. Evlənmək nə qədər normaldırsa, ayrılmaq, boşanmaq da normaldır. Biz iki qızımızın anası və atasıyıq, buna görə də ömür boyu görüşəcəyik, onlar üçün" ifadələrini işlətmişdi.
Yeni eşq elanı
Boşandıqdan sonra uzun müddət yalnız qalan 35 yaşlı Buse Terim Instagram hesabında yeni paylaşım edərək yeni eşqini rəsmən elan etdi.
Sevgilisinin kimliyi maraq doğurdu
Buse Terimin sirr kimi saxladığı sevgilisinin kim olduğu maraq mövzusu olub. Onun paylaşımında sevgilisinin sosial media hesabını etiketləməməsi diqqət çəkib.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz