Büşra Işıldardan tarixi uğur
Liverpul şəhərindəki M&S Bank Arenada təşkil olunan Dünya Çempionatının gündüz seansında 4 Türkiyəli boksçu rinqə çıxdı.
Qadınlar 75 kiloqram çəki dərəcəsində Büşra Işıldar, ev sahibi İngiltərədən olan Mary-Kate Smith ilə qarşılaşdı. Rəqibinə üstün bir oyun nümayiş etdirərək 5-0 hesabı ilə qalib gələn Büşra, adını yarım finala yazdırdı və çempionatda medal qazanmağı təmin edən ilk Türkiyəli idmançı oldu. Büşra Işıldar, yarım finalda 13 Sentyabr şənbə günü Avstraliyalı Sue Emma Greentree ilə qarşı-qarşıya gələcək.
Yarışdan sonra mətbuat nümayəndələrinə açıqlamalar verən Büşra, medal qazanmağı təmin etməyin sevincini yaşadığını dilə gətirərək, "Çempionat üçün çox yaxşı hazırlaşdıq. Bu il ikinci dəfədir ki, dünya çempionatı təşkil olunur. Digərində də gümüş medal almışdım. Burada qızıl medal alaraq ölkəmi qürurlandırmaq istəyirəm. Çox uzun zamandır ki, təlim-məşq toplanışındayıq, ailəmizi, evimizi unutduq. Bizə dua edin" ifadələrini istifadə etdi.
Serbiyada dünya ikincisi olduğunu xatırladan Büşra, "İngiltərədə qızıl medal alacağam. Bu il dünyada ikinci medalımı almış oldum, amma burada rəngini qızıl etmək istəyirəm" deyə vurğuladı.
Şeyma Düztaş da medalı təmin etdi
Büşradan sonra +80 kiloqram çəki dərəcəsində rinqə çıxan Şeyma Düztaş isə karyerasında əhəmiyyətli bir uğur əldə etdi.
1/4 finalda Səudiyyə Ərəbistanından Noof Alyousef ilə qarşılaşan Büşra, ilk raundda rəqibinə saydırmağı bacardı və hakim qərarı ilə matçı qazandı. 23 yaşındakı Türkiyəli boksçu, böyüklər kateqoriyasında dünya boks çempionatında ilk dəfə yarım finala yüksələrək medal qazanmağı təmin etdi.
Türkiyəli idmançı, yarım finalda Hindistandan Nupur Sheoran qarşısında 12 Sentyabr şənbə günü rinqə çıxacaq.
Gənc yaşda karyerasının ən əhəmiyyətli uğurunu əldə etdiyini, lakin işinin bitmədiyini bildirən Şeyma Düztaş, "Bürünc medalı təmin etdim. Allahın izni ilə indi əvvəlcə gümüşü təmin edib sonra da qızılı almaq istəyirəm. Ölkəm adından gözəl bir uğur əldə etdim, indi medalın rəngini müəyyən edəcəyəm" qiymətləndirməsini etdi.
Hatice və Emrah mübarizəni dayandırdılar
Qadınlar 54 kiloqram çəki dərəcəsində 1/4 finalda Hatice Akbaş, İtaliyadan Sirine Charaabiyə məğlub oldu.
Hatice, rəqibinə 5-0 hesabı ilə uduzaraq turnirlə vidalaşdı.
Kişilərdə isə 90 kiloqram çəki dərəcəsində Emrah Yaşar, 1/4 finalda Azərbaycandan Loren Berto Alfonso Domingues ilə qarşılaşdı. Rəqibinə gərgin keçən matçın sonunda 3-2 hesabı ilə məğlub olan Emrah, medal şansını itirdi.
Oxucu Şərhləri
Şərh Yaz