ABŞ prezidenti Donald Tramp Charlie Kirk anım mərasimində rəqiblərinə qarşı sərt çıxış edib
ABŞ prezidenti
Donald Tramp iki həftə əvvəl qətlə yetirilən mühafizəkar fəal
Charlie Kirk üçün təşkil edilən anım mərasimində iştirak edib. Prezident Tramp keçmiş dostu və müttəfiqi Kirk'i "azadlıq şəhidi" elan edərək, onu "Amerika azad ruhunun ölməz müjdəçisi" kimi təsvir edib. Prezidentin "O, artıq Amerika azadlığı uğrunda bir şəhiddir" sözləri izdiham tərəfindən böyük alqışlarla qarşılanıb.
Arizona ştatındakı State Farm Stadionunda təxminən 100 min insan 31 yaşında sui-qəsd nəticəsində dünyasını dəyişən
mühafizəkar fəalı yad etmək üçün toplaşıb. Beş saatdan çox davam edən mərasimdə ABŞ prezidenti
Donald Tramp, vitse-prezident JD Vance və kabinet üzvləri mərhum Kirk'in irsinə yüksək qiymət veriblər.
Prezidentdən sərt bəyanatlar
Prezident
Donald Tramp çıxışında siyasi rəqiblərinə qarşı duyduğu nifrəti dilə gətirərək, Kirk'in ölümünü "qəddar bir canavarın hücumu" kimi xarakterizə edib. Tramp bəyan edib ki,
Charlie Kirk rəqiblərindən nifrət etməyib, əksinə onlar üçün ən yaxşısını istəyib. "Mən isə rəqiblərimdən nifrət edirəm və onlar üçün ən yaxşısını istəmirəm", – deyə o vurğulayıb.
Sui-qəsddən dolayı bütün rəqiblərini məsuliyyətli hesab edən prezident hadisəni "radikal solun işi" adlandırıb. Ağ Ev rəsmiləri də intiqam vəd ediblər. Tənqidçilər isə administrasiyanın bu cinayətdən müxalifləri susdurmaq üçün istifadə etməyə çalışdığını bildiriblər.
Qatil məhkəmədə, həyat yoldaşından bağışlayıcı addım
Yuta ştatında mühakimə olunan qatil Tayler Robinson edam cəzası tələbi ilə yargılanır. Bu arada,
Charlie Kirkin həyat yoldaşı Erika göz yaşları içində ərinin qatilini bağışladığını deyib. Erika, "Həmin gənci bağışlayıram, çünki peyğəmbərimizin etdiyi kimi,
Charlie də belə edərdi" sözlərini söyləyib.
Kilsə bənzəri bir mərasim
Arizona ştatındakı State Farm Stadionu əsl kilsə atmosferi alıb. İştirakçılar qırmızı, ağ və ya mavi geyimlərlə gəlmiş, bəziləri Kirk'in vurulduğu an geyindiyi "azadlıq" yazılı köynəkləri, bəziləri isə
Donald Tramp şapkalarını taxıblar. Xristian rok qruplarının səhnə aldığı mərasimdə Vance, "Bu gün biz bir cənazə deyil, bir diriliş yaşadıq" deyib.
ABŞ prezidenti zalına daxil olduğunda tribunalardan "A-B-D" şüarları yüksəlib. İştirakçılara "Heç vaxt təslim olma" və "Bu bizim dönüş nöqtəmizdir" yazılı pankartlar paylanılıb, könüllülər seçici qeydiyyatı üçün məlumat veriblər. Marko Rubio, Pete Hegseth və Robert F. Kennedy Jr. kimi şəxslər də kürsüyə çıxaraq mərhum fəal Kirk'i anıblar. Elon Musk da mərasimdə iştirak edib, lakin izdihama müraciət etməyib. Onun prezidentlə səmimi söhbət etdiyi görülüb. Prezidentin müşaviri Stephen Miller sərt bir tonla, "Fırtına döyüşçüyə dayana bilməyəcəyini pıçıldayır, döyüşçü isə geri pıçıldayır, mən fırtınayam. Biz fırtınayıq və düşmənlərimiz bizim gücümüzü anlaya bilməz" deyib.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz