Maraqlı 30.11.2025

Çelsi - Arsenal oyunu nə vaxt saat neçədə hansı kanalda

Çelsi - Arsenal oyunu nə vaxt saat neçədə hansı kanalda

London derbisi: Chelsea "Arsenal"a qarşı

Londonda derbi həyəcanı yaşanır. İngiltərə Premier Liqasının iki köklü klubu – qərb təmsilçisi "Chelsea" və şimalın fəxri "Arsenal" – mövsümün 13-cü həftəsinin qarşılaşmasında üz-üzə gəlir. Bu matçda qazanacaq komanda liqa zirvəsi uğrunda mübarizədə böyük üstünlük əldə edəcək.

Arsenal çempionluq həsrətinə son qoymaq istəyir

Uzun illərdir çempionluq həsrəti çəkən və əvvəlki mövsümlərdə "Manchester City" ilə "Liverpool"dan geri qalan Arsenal, bu mövsüm Mikel Artetanın rəhbərliyi altında titula inamını bərpa edib. Gərgin səfər matçında qazanılacaq üç xal komanda üçün xüsusi əhəmiyyət kəsb edir.

Chelsea zirvə mübarizəsində "mən də varam" deyir

Enzo Marescanın idarə etdiyi Chelsea isə yaxşı forma nümayiş etdirir. Həm Çempionlar Liqasında, həm də liqada uğurlu nəticələr əldə edən "Mavilər", liqa liderini məğlub edərək çempionluq yarışında "biz də varıq" deməyi hədəfləyir.

Komandaların start heyətləri

Chelsea: Sançes, Gusto, Fofana, Çaloba, Kukurella, Ceyms, Kaysedo, Estevao, Enzo, Neto, Joao Pedro.

Arsenal: Raya, Timber, Mosquera, Hinkapie, Kalafiori, Zubimendi, Rays, Eze, Saka, Merino, Martinelli.

Matç nə vaxt, saat neçədə və hansı kanalda yayımlanacaq?

İngiltərə Premier Liqasının 13-cü həftəsi çərçivəsində "Chelsea" və "Arsenal" "Stamford Bridge" stadionunda üz-üzə gələcək. 2025-ci il noyabrın 30-u, bazar günü, saat 19:30-da başlayacaq matç "beIN Sports 3" kanalında canlı yayımlanacaq.

Matç öncəsi statistikalar

"Arsenal"a qarşı keçirdiyi son 11 Premier Liqa matçının yalnız birində qələbə qazanan "Chelsea" (3 bərabərlik, 7 məğlubiyyət), son yeddi qarşılaşmada qələbə üzü görməyib (2 bərabərlik, 5 məğlubiyyət).

2013-2018-ci illər arasında "Stamford Bridge"ə səfər etdiyi yeddi Premier Liqa matçının altısında məğlub olan "Arsenal" (1 bərabərlik), daha sonrakı altı səfərdə məğlubiyyətə uğramayıb (3 qələbə, 3 bərabərlik).

Premier Liqa tarixində turnir cədvəlinin zirvəsində olarkən "Chelsea" ilə qarşılaşan "Arsenal" bütün dörd matçı qələbə ilə başa vurub.

Premier Liqada çıxdığı son beş matçda beş qolun yaranmasında iştirak edən Pedro Neto (3 qol və 2 asist), "Arsenal"a qarşı start heyətində çıxdığı dörd matçda üç qola birbaşa töhfə verib (2 qol və 1 asist).

"Arsenal"ın oyunçusu Leandro Trossardın Premier Liqa karyerasında "Chelsea"dən (4) daha çox qol vurduğu yeganə rəqib "Liverpool"dur (6).

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz