İdman 14.07.2025

Çelsi zirvədə! Koul Palmer PSJ-ni təkbaşına darmadağın etdi

Çelsi zirvədə! Koul Palmer PSJ-ni təkbaşına darmadağın etdi

"Çelsi" 2025-ci il FİFA Klublararası Dünya Kubokunun Çempionu Oldu

ABŞ-ın Nyu-Cersi ştatındakı MetLayf Stadionunda Fransa təmsilçisi Paris Sen-Jermen (PSJ) ilə İngiltərə klubu "Çelsi" 2025-ci il FİFA Klublararası Dünya Kubokunun finalında üz-üzə gəliblər. Gərgin keçən qarşılaşmanı 3-0 hesabı ilə qazanan "Çelsi" kuboku muzeyinə aparmağı bacarıb.

Koul Palmerin Möhtəşəm Performansı

Final matçını 2 qol və 1 assistlə başa vuran Koul Palmer "matçın oyunçusu" seçilib. İlk hissədə son Çempionlar Liqası çempionu PSJ-yə qarşı möhtəşəm oyun nümayiş etdirən "Çelsi" 22-ci dəqiqədə Koul Palmerlə önə keçib. Malo Qustonun ötürməsi ilə cərimə meydançasına daxil olan Palmer, iki rəqibinə feyk atdıqdan sonra etdiyi plase zərbəsi ilə topu tora göndərib. Rəqibinə nəfəs almağa imkan verməyən "Çelsi" 30-cu dəqiqədə yenə Koul Palmerin ayağından vurduğu qolla fərqi ikiyə çatdırıb. 43-cü dəqiqədə Koul Palmerin müdafiənin arxasına ötürdüyü ara pasını uğurla dəyərləndirən Joao Pedro, aşıraraq etdiyi zərbə ilə fərqi üçə yüksəldib. İlk hissə "Çelsi"nin 3-0 hesablı üstünlüyü ilə başa çatıb.

Gərgin İkinci Hissə və Qırmızı Vərəqə

İkinci hissədə fərqi azaltmaq üçün gərgin səy göstərən PSJ, əldə etdiyi imkanlarda Robert Sançesi keçməyi bacarmayıb. İkinci hissəsi olduqca gərgin keçən qarşılaşmada, topsuz sahədə rəqibi Mark Kukurellanın saçını çəkən Joao Neves, Video Yardımçı Hakimin (VAR) xəbərdarlığından sonra 86-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Tarixi Uğur

Qalan dəqiqələrdə hesab üstünlüyünü qorumağı bacaran "Çelsi" mübarizədən 3-0 hesabı ilə qalib ayrılaraq, UEFA Konfrans Liqasından sonra FİFA Klublararası Dünya Kubokunu da qazanmağı bacarıb. İngiltərə təmsilçisi, həmçinin, 2022-ci ildən sonra bu turnirdə ikinci dəfə çempionluq kubokunun sahibi olub.

24 saat