İdman 04.07.2025

Çempionlar Liqası ulduzu: Pulsuz sensasiya!

Çempionlar Liqası ulduzu: Pulsuz sensasiya!

“Barselona”nın sağ cinah müdafiəçisi transferində gündəmində olan Denzel Dumfries ilə bağlı ciddi irəliləyişlər yaşanır. “İnter”də çıxış edən təcrübəli futbolçunun keçidini asanlaşdıracaq iki əsas detal, yəni yeni menecer dəyişikliyi və müqaviləsindəki sərbəst qalma bəndi gündəmə gəlib.

YORQE MENDES TRANSFERİ BARSELONAYA TƏKLİF ETDİ

Hollandiyalı futbolçunun qısa müddət əvvəl menecerini dəyişərək portuqaliyalı məşhur menecer Yorqe Mendesin komandasına qoşulduğu məlum olub. İspaniyanın "Sport" qəzetinin yazdığına görə, Mendes oyunçunun adını birbaşa Barselonaya rəsmi şəkildə təklif edib.

Mendesin “Barsa” rəhbərliyinə verdiyi məlumata görə, futbolçunun 25 milyon avroluq sərbəst qalma bəndi var və bu məbləğ ödənildiyi təqdirdə keçidin problemsiz baş tutacağı bildirilib.

MÜDDƏT AZALIR, LAKİN ÜMİDLƏR QALIR

Xəbərə əsasən, bu sərbəst qalma bəndi 15 iyul tarixinədək qüvvədə olacaq. Lakin Yorqe Mendes bu tarixdən sonra da oyunçunun təxminən eyni məbləğə transfer edilə biləcəyini “Barselona”ya çatdırıb. Yəni “Barsa” bu transfer üçün gecikmədən hərəkətə keçərsə, şərtlər kifayət qədər əlverişli ola bilər.

FLİKKİN TƏLƏBİNƏ TAM UYĞUN GƏLİR

Yeni baş məşqçi Hansi Flikk xüsusilə atletik və sürətli bir sağ cinah müdafiəçisinin transferi üçün təkid edir. Mövcud heyətdəki Jül Kunde ilə rəqabət aparacaq yüksək səviyyəli bir adın alınmasını istəyən almaniyalı məşqçinin Denzel Dumfriesi “ideal profil” olaraq gördüyü ifadə olunur.

24 saat