6 il aradan sonra iyulun 23-də Türkiyədə konsert verəcək məşhur Amerikalı müğənni Jennifer Lopez, Regnum Carya Otelində 3 min 500 kvadratmetr sahəsi olan və 14 nəfərlik "Cave" adlı mağara otaqda qalacaq.
MAĞARADA QALACAQ
Dünyaca məşhur sənətçi Türkiyədə bu konserti ilə yanaşı, yeni yaşını da qeyd edəcək. Jennifer Lopez Antalya konserti üçün 42 nəfərlik heyətlə çalışır və səhnədə 50 rəqqasə ilə möhtəşəm şou göstərəcək. Təxminən 85 nəfərlik komanda ilə ölkəyə gələcək Lopes səhnədə 35 mahnı ifa edəcək.
VİLLADA HƏR ŞEY VAR
Lopes həmçinin "Crown Villa" adlanan xüsusi otaqda məskunlaşacaq. Bu 3 mərtəbəli villanın daxilində nadir və bənzərsiz "The Cave" adlı mağara otağı yerləşir. İçərisində 14 nəfərin rahatlıqla qala biləcəyi villada mağara, 8 yataq otağı, 6 geyim otağı, hovuzüstü bar, sauna, şəxsi kinoteatr sahəsi və şömine kimi dəbdəbəli imkanlar mövcuddur.
ŞƏXSİ ODA XÜSUSİ DİZAYNLA HAZIRLANIB
Lopesin baş hərfləri işlənmiş otaqda xüsusi dizaynlı yataq dəstləri və dəbdəbəli xalatlar istifadə olunacaq. Qolf və hovuz mənzərəli bu özəl tripleks villadakı mağara otağında oturma və iş otağı, PlayStation otağı, vanna otağı, tül və qaraltma pərdələr, xüsusi hazırlanmış idxal ağac döşəmə, atəş çuxurlu şömine, tam təchizatlı mətbəx və yemək otağı, habelə müasir SPA sahəsi də qonaqların ixtiyarındadır.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz