İngiltərənin Çempionşip təmsilçisi
Birmingham City klubu, "Beşiktaş"ın heyətində çıxış edən Aleks Oksleyd-Çemberlen üçün transfer çalışmalarına başlayıb.
Aleks Oksleyd-Çemberlen və "Beşiktaş" yollarını ayırır?
Aleks Oksleyd-Çemberlen "
Beşiktaş" ilə müqaviləsinə xitam vermək üçün danışıqlara başlayıb. 32 yaşlı yarımmüdafiəçi karyerasında yeni səhifə açmaq niyyətindədir. İngiltərədə yeni bir başlanğıc etmək istəyən oyunçu, transferinin reallaşmasını asanlaşdırmaq üçün maaşından güzəştə getməyə hazırdır.
Birmingham City transferə hazırdır
İngilis "Mirror" qəzetinin məlumatına görə, İngiltərə Premyer Liqasına yüksəlməyi hədəfləyən
Birmingham City, 32 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. İngiltərə klubu Çemberlenin təcrübəsi ilə bu yolda komandaya mühüm töhfələr verə biləcəyini düşünür. Həmçinin xəbərdə İngiltərədən digər klubların da Oksleyd-Çemberlen ilə maraqlandığı qeyd olunur.
"Beşiktaş" forması ilə 50 oyuna çıxan Aleks Oksleyd-Çemberlen, 5 qol və 1 asistlə yadda qalıb. İki mövsümdür "Beşiktaş"ın formasını geyinən ingilis yarımmüdafiəçi bu mövsüm heç bir rəsmi matçda komandanın heyətinə daxil edilməyib. Beləliklə, qara-ağlıların yollarını ayırmaq istədiyi futbolçular sırasındadır.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz