Çində sərnişin təyyarəsində təşviş: Powerbank yanğına səbəb oldu
Çində Lançjou-Quyyan marşrutu ilə uçan sərnişin təyyarəsində fövqəladə hadisə qeydə alınıb. Təyyarə eniş etdikdən qısa müddət sonra salonda gözlənilməz yanğın başlayıb.

Məlumata görə, sərnişinlərdən birinin əl yükündə olan enerji bankı (powerbank) qəfil alışıb. Yanğın təyyarənin üst baqaj yerində baş verdiyi üçün sərnişinlər arasında ciddi çaxnaşma yaranıb.
Təyyarə heyəti hadisəyə dərhal reaksiya verərək operativ şəkildə müdaxilə edib. Yanğınsöndürmə vasitələrindən istifadə edən ekipaj üzvləri alovun daha geniş əraziyə yayılmasının qarşısını qısa müddətdə alıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb və təhlükəsizlik qaydaları yenidən nəzərdən keçirilir.
Aviasiya mütəxəssisləri litium-ion batareyaların uçuş zamanı yaratdığı risklərə diqqət çəkərək, sərnişinləri bu cür cihazları daşıyarkən daha ehtiyatlı olmağa çağırıblar.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz