Demet Akalından Okan Kurta sərt reaksiya: "Sən bir evə gəl!"
Demet Akalın Okan Kurta kəskin - Türkiyə şou-aləminin məşhur simaları Demet Akalın və Okan Kurt cütlüyü bir daha diqqət mərkəzinə düşüb. Bu dəfəki səs-küyə səbəb Okan Kurtun sosial mediada yayımladığı idman zalı fotoları olub.

Okan Kurt idman zalında çəkdirdiyi, bədən quruluşunu və əzələlərini nümayiş etdirən şəkilləri öz izləyiciləri ilə bölüşüb. Bu paylaşımlar qısa müddətdə minlərlə bəyənmə və rəy toplasa da, ən maraqlı cavab həyat yoldaşı Demet Akalından gəlib.
Tanınmış müğənni Demet Akalın ərinin idman zalı şəkillərinə biganə qala bilməyib. O, Okan Kurtun paylaşımına "Sən bir evə gəl!" rəyini yazaraq, həm izləyiciləri güldürüb, həm də bütün diqqəti öz üzərinə çəkib. Akalının bu cavabı, ərinə evə daha çox zaman ayırması üçün zərif bir işarə kimi qiymətləndirilib.
Akalının bu kəskin, lakin zarafatyana cavabı sosial mediada geniş müzakirələrə yol açıb. Bir çox istifadəçi müğənninin bu səmimi və təbii yanaşmasını bəyəndiyini ifadə edib. Bu hadisə Türkiyənin bir sıra xəbər portallarında və qəzetlərində geniş işıqlandırılıb.
Cütlüyün fanatları Demet Akalının bu cavabının onların münasibətlərindəki səmimiyyətin və yumorun əlaməti olduğunu vurğulayıblar. Okan Kurtun həyat yoldaşının bu rəyinə necə reaksiya verəcəyi isə böyük maraqla gözlənilir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz