Keçmiş maneken Demet Şener, iş adamı sevgilisi Tolqa Armanla birlikdə Bodrumda tətildədir.
48 yaşlı Şener ötən gün Türkiyənin Torba qəsəbəsindəki çimərliklərdən birində istirahət edərkən fotoqrafların obyektivinə tuş gəlib. Yaşıl rəngli straplez bikini geyinən keçmiş model, qüsursuz və fit bədən quruluşu ilə bir daha diqqətləri özünə cəlb etməyi bacarıb.
Sağlamlıq və Gözəlliyin Sirləri
İki övlad anası Şener daha əvvəl verdiyi açıqlamalarda ideal bədən quruluşunu necə qoruduğunu detallı şəkildə izah etmişdi. O, qeyd edib ki, heç vaxt pəhriz saxlamır və hər qidanın ən faydalı variantını seçir. "Bu, mənim yaşam tərzimdir. Şirin istəyim olanda, hətta dondurmanı belə evdə özüm hazırlayıram. Onu xurma və ya banan kimi təbii vasitələrlə şirinləşdirirəm. Xəmir xörəklərinə üstünlük vermirəm, əsasən qazan yeməkləri yeyirəm. 18 yaşımda kraliçə seçiləndə 56 kiloqram idim. İki hamiləlik istisna olmaqla, həmişə eyni çəkidə qalmışam. İndi də 56 kiloqramam. Hər on gündən bir özümə kiçik bir istirahət imkanı verirəm. Beləcə, nəfsimi doyurur və bədənimi təəccübləndirirəm. Özümü heç nədən məhrum etmirəm və ac gəzmirəm. Hər gün mütləq bir saat idmanla məşğul oluram. Alkoqol və siqaretdən isə tamamilə uzaq dururam" deyə Demet Şener bildirib.
Oxucu Şərhləri
Şərh Yaz