Şou 03.07.2025

Deniz Seki ad gününü beş illik iş adamı sevgilisi ilə qeyd etdi

Deniz Seki ad gününü beş illik iş adamı sevgilisi ilə qeyd etdi

Deniz Seki ötən axşam İstanbulun Beşiktaş rayonunda yerləşən bir məkanda 55-ci ad gününü təntənəli şəkildə qeyd edib. Müğənninin şərəfinə təşkil olunan partiyada ailə üzvləri, yaxın dostları və bir çox tanınmış simalar iştirak edib.

Beş ildir eşq yaşadığı və adının İrfan olduğu bildirilən iş adamı sevgilisi də sənətçini bu özəl və xoşbəxt gündə tək qoymayıb.

Təbrikləri qəbul edən müğənni tortdakı şamları üfürdükdən sonra ilk olaraq sevgilisi tərəfindən öpülüb.

"MÖHTƏŞƏM BİR GECƏ YAŞADIM"

Müğənni doğum günü şənliyindən görüntüləri sosial şəbəkə hesabında paylaşaraq belə qeyd edib: "Dünən axşam qəlbimin ən gözəl guşəsində yer alan əsl dostlarımla möhtəşəm bir gecə yaşadım. Bu özəl doğum günümdə yanımda olan, könlündən keçənlərlə məni təbrik edən, sevgi dolu mesajlarını göndərən hər kəsə ürəkdən təşəkkür edirəm. Həmçinin pərdə arxasında bütün incə detalları düşünərək bu gözəl gecəni qüsursuz edən canım Cemal Günbaş’ıma da ürəkdən minnətdarlığımı bildirirəm. Səni sevirəm, yolumuz uzundur, dəyərlim. Sənə nə qədər təşəkkür etsəm azdır. Sən qocaman ürəkli bir ata, qardaş və çox özəl bir dostsan, yəni mənim son limanımsan, Haluk Şentürk, səni çox sevirəm. Varlığınız, xoş diləkləriniz və böyük qəlblərinizlə bu gecəni unudulmaz etdiniz. Yaxşı ki varsınız, yaxşı ki yollarımız kəsişib."

"MƏNİM BİR OĞLAN DOSTUM VAR"

Deniz Seki bu ilin 14 Fevral Sevgililər Günündə uzun müddətdir həyatında birinin olduğunu ilk dəfə açıqlamışdı. O, qeyd etmişdi: "Mənim beş ildir birlikdə olduğum bir oğlan dostum var. Biz o qədər də ictimaiyyət önündə deyilik. Ona görə də bunu çox bilməyə bilərsiniz. Xoşbəxt davam edən bir münasibətim var."

24 saat